BakuBus ın avtobusunun ağaca çırpılmasının səbəbi açıqlandı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"BakuBus"ın 10 nömrəli marşrut xəttindəki avtobusun ağaca çırpılmasına səbəb ehtiyatsızlıq olub".
Bunu Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.
O bildirib ki, ilkin məlumata görə, hadisə nəticəsində avtobusda olan 3 sərnişin yüngül xəsarət alıb:
"Bu gün saat 7:10-da "BakuBus" MMC-nin balansında olan 10 nömrəli marşrut xətti üzrə hərəkət edən 77-JA-658 dövlət qeydiyyat nişanlı avtobus Nazim Hikmət küçəsi, 73 ünvanında (Mirəli Seyidov küçəsi ilə kəsişmədə) hərəkətdə olarkən yol kənarındakı ağaca çırpılıb. Nəticədə ağac qırılaraq dayanacaqda dayanan 90-TE-377 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşıb.
İlkin məlumata əsasən, nəqliyyat vasitəsinin sürücüsü Şəhriyar Məcidzadə ehtiyatsızlıq səbəbindən idarəetməni itirib və nəticədə avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusda olan 3 sərnişin yüngül xəsarət alıb və dərhal təcili tibbi yardım avtomobilinin vasitəsilə 1 saylı Klinik Xəstəxanaya aparılaraq ilkin tibbi müdaxilə edilib, hazırda onların vəziyyəti normaldır.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır".
09:37
Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ilə Qəzənfər Musabəyov parkının yaxınlığından keçərkən "BakuBus" MMC-yə məxsus 10 nömrəli marşrut xəttinin avtobusu ağaca çırpılıb.
Sözügedən hadisə nəticəsində ağacın qarşısında duran avtomobilə zərər dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















