Icma.az
close
up
RU
“BakuBus” MMC dən şikayətlərə cavab: “Sürücülərin buna icazəsi yoxdur” + VİDEO

“BakuBus” MMC dən şikayətlərə cavab: “Sürücülərin buna icazəsi yoxdur” + VİDEO

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı-Saray istiqamətində hərəkət edən 508 nömrəli marşrut avtobusunda kondisionerin işləməməsi sərnişinlərin narazılığına səbəb olub. Saytımıza daxil olan şikayətlərdə bildirilir ki, xüsusilə günün isti saatlarında avtobusda sıxlıq yaranır, yüksək temperatur isə sərnişinlərin rahat hərəkətinə mane olur. Bəzi sərnişinlər sürücüyə etdikləri müraciətlərə “icazə verilmir” cavabının verildiyini iddia edirlər.

Məsələ ilə bağlı “BakuBus” MMC-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, müəssisənin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib:

“Yay mövsümünün başlanması ilə əlaqədar kondisioner sistemlərinin mərhələli şəkildə aktivləşdirilməsi prosesinə start verilib və 15 iyun tarixinədək bütün avtobuslarda tam rejimə keçid təmin olunacaq. Reqlament qaydalarına əsasən kondisionerlərin tam rejimdə istifadəsinə 15 iyun tarixindən etibarən keçid nəzərdə tutulsa da, hava şəraitinin isti keçməsi və sərnişin məmnuniyyətinin təmin edilməsi nəzərə alınaraq bu proses daha erkən mərhələdə həyata keçirilir”. pizza sifarişi

Bildirilib ki, mərhələli keçidin məqsədi sistemlərin dayanıqlı fəaliyyətini təmin etmək və texniki riskləri minimuma endirməkdir:

“Kondisioner sistemində hər hansı nasazlıq aşkarlandıqda isə avtobus xəttdən çıxarılaraq texniki baxış və təmir üçün depoya göndərilir. Avtobuslarda kondisioner sistemlərinin işə salınması və idarə olunması mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu səbəbdən sürücülərin sistemi özbaşına aktivləşdirmək və ya söndürmək imkanları məhduddur”.

Qurum sürücülərin kondisioneri qəsdən işə salmaması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) də saytımıza açıqlama verilib.

Qurumdan bildirilib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi xəbərdarlıq məktubları göndərilib:

“Daşıyıcılara avtobuslarda soyutma və havalandırma sistemlərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi və sərnişinlərin rahatlığının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Qurumun məlumatına görə, havanın temperaturundan asılı olaraq bu sistemlərin işlək vəziyyətdə olması daşıyıcıların üzərinə qoyulan əsas tələblərdən biridir”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyun 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri