“Bakubus” sürücüsü sərnişinlərin başına oyun açdı: yaşlı qadının halı PİSLƏŞDİ VİDEO
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“BakuBus”un 3 nömrəli avtobusunda insident yaşanıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən avtobusda xoşagəlməz hadisə baş verib.
Məlumata görə, yaşlı bir qadın sıxlığa səbəbi ilə arxa qapıdan minib əyləşdiyi üçün avtobusun sürücüsü nəqliyyat vasitəsini hərəkətə gətirməkdən imtina edib. Bu isə avtobusdakı digər sərnişinlərin narazılığına səbəb olub.
Gərginlik zamanı yaşlı sərnişinin halı pisləşib. Sürücü şikayət əsnasında nəqliyyat vasitəsini hərəkətə gətirib. “Gənclik” metrosu yaxınlığında isə avtobusu dayanacaqda deyil, yolun əks istiqamətindəki saxlanma yerində saxlayaraq sərnişinlərə “arxadan gələn avtobusa minin, avtobus işləmir” deyib.
Hadisə şahidlərindən biri baş verənləri mobil telefonla lentə alıb və görüntüləri sosial şəbəkədə paylaşaraq sürücüdən şikayət edib.
Məsələ ilə bağlı “BakuBus”dan hələlik rəsmi açıqlama verilməyib. Sosial şəbəkə istifadəçiləri sürücünün bu davranışını sərnişinlərə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.\\\Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 22 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















