Balaca musiqiçilərin böyük uğuru AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 14 yanvar, AZƏRTAC
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrinda "Ümid" 2025" Beynəlxalq incəsənət müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən 9-10 yaş qrupu üzrə 500 nəfərə yaxın balaca musiqiçinin qatıldığı yarışmada Bakının Xətai rayonundakı Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin şagirdləri Yeganə Hüseynli, Zeynəb İsmayılova birinci dərəcəli laureat adına layiq görülüblər.
Həmin məktəbin fano ifası üzrə ansamblı (ifaçılar Şumayə Zeynalova və Zeynəb İsmayılova) ikinci dərəcəli laureat adını qazanıb. Üçüncü dərəcəli laureat adına isə həmin məktəbin şagirdi Aylin Dəmir layiq görülüb.
Qalib musiqiçilərin bədii rəhbəri məktəbin fortepiano şöbəsinin müəllimi Sevda Qurbanzadədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















