Icma.az
close
up
RU
Balaca uşağın savaş gündəliyi: 44 günlük, yoxsa 4/4 lük müharibə?

Balaca uşağın savaş gündəliyi: 44 günlük, yoxsa 4/4 lük müharibə?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mən hərbçi qızıyam. Atam ömrünün 31 ilini hərbi xidmətdə keçirib. Hərbçi ailəsi olmaq çox çətindir. Uşaqlıqdan qanımıza, canımıza qram-qram, ilmək-ilmək incə naxışlarla vətənpərvərlik aşılanıb.

2016-cı il Aprel döyüşləri, 2020-ci il Tovuz döyüşləri, ardınca İkinci Qarabağ müharibəsinin iştirakçılarından biri də atam olub. Prezident İlham Əliyev tərəfindən müəyyən medallara layiq görülüb. Bu müharibə illəri mənim məktəbdə və universitetdə oxuduğum dövrlərə təsadüf edir. Yadımdadır, günlərlə atamdan xəbər ala bilmirdik. Anamın gecələr telefon başında sabahladığı günləri xatırlayıram.

Mənim atam zəhmli, az danışan, ağır xasiyyətli insandır. Hərbçi olması, keçdiyi çətin yollar bu xüsusiyyətlərini daha da gücləndirib. Uşaqlıq xatirələrimdə daha çox anam yer alır. Axı atam vətənə xidmət edirdi… Onun bizimlə danışdığını, deyib-güldüyünü hələ indi-indi görürəm.

İkinci və ya üçüncü sinifdə oxuyurdum, soyuq bir qış günü idi. Bakıya güclü qar yağmışdı. Anam evimizin yalnız bir otağını – mətbəxi – isti saxlamağa nail olmuşdu. Atam o çovğunda yenə evdə deyildi. Biz isə onu gözləyirdik… Nə telefon, nə internet var idi. Qapı açıldı, atam gəldi və o an anamın “heç nə olmayıb, ata bir az üşüyüb” – dediyini xatırlayıram. Uşaq ağlımla inanmışdım. Atam bir gün öncədən evdən çıxmışdı, növbədə idi. Gələndə əli, üzü soyuqdan buz kəsmişdi. Anam onun əllərini ovxalayaraq isitməyə çalışırdı. Biz də qardaşım və bacımla bərabər yerə oturub o mənzərəyə baxırdıq. Atam isə stolda oturub danışmırdı, gözlərini yerə dikib elə hey susurdu. Görünür, həmin günün soyuğu, yuxusuzluğu onu taqətdən salmışdı. Amma bunu bizə hiss etdirmirdi… Bu, bir uşaq üçün çox təsirli an idi.

Yalnız uşaqlıq illəri deyil, yeniyetməlik və gənclik dövrümüzə də bu çətinliklər təsirsiz ötüşməmişdi… Hərbçi ailəsi daim səfərdə olur, sabit yeri, evi olmur. Neçə məktəb dəyişməli, müxtəlif rayonlarda qalmalı olmuşuq. Və bu çətinliklərin öhdəsindən yalnız öz gücümüzlə gəlmişik. Anam bütün məsuliyyəti üzərinə götürmüş, atamı gözləmişdi. Biz isə Allahdan onun sağ-salamat qayıtmasını arzulayırdıq. Gec-gec gələn o telefon zəngi, “Ana, atamdan nə xəbər var?” – sualına sakitcə “Hələ danışmamışıq, amma zəng edər” – cavabının ağırlığı…

Bu xatirələrimi bölüşməyimin səbəbi hərbi jurnalist Səxavət Məmmədin “Savaş və Duman” kitabının imza günündə iştirak etməyim, kitabın yazılma strukturu və orada səsləndirilən fikirlər oldu.

Təsəvvür edirsiniz, çıxışları kövrəlmədən, xəyallara qərq olmadan dinləmək mümkün deyildi…

Elə ilk sətirlərdən etibarən, sanki Səxavət Məmmədin obrazında özümü tapdım. Həmin uşaq əslində həm də mən idim. Həmin anları mən də yaşamışam. Hansı ildə baş verməsindən asılı olmayaraq, müharibələr ağır, ağrılı, qanlı olur…

Üstündən illər keçsə də, bu hadisələrin təsirindən nə müharibə iştirakçıları, nə də onların yaxınları qurtula bilir. Birinci Qarabağ müharibəsinin şahidi olmamışam. Amma məktəb illərindən, ailəmdən öyrəndiyim məlumatlar həmin anların ağrısını və acısını mənə yaşadıb.

Səxavət Məmməd kimi mən də jurnalistikanın bir çox sahəsində özümü sınamışam, yazı yaza bilirəm. Amma “özünü harada tapırsan?” deyə soruşulsa, bu, şübhəsiz, siyasətdir. Ən çox da Qarabağ məsələsi…

Çıxışda diqqətimi çəkən bir cümlə oldu: Qanlı müharibəyə övladını göndərən ana ona “Soyuq su içmə, boğazın ağrıyar” – deyib. Necə ağır, necə dərin mənadır… Vətən uğrunda qurban verməyə hazır olduğu övladının boğazının ağrımasından narahat olan bir ana…

Xalqımızın qəhrəmanlıq salnaməsi idi 44 gün… Müharibə müddətində hər an bir səsə, sorağa diqqət kəsilmişdik. Şəhid xəbərlərini ürək sızıltısı ilə alırdıq. Digər tərəfdən 30 ildən çox həsrətində olduğumuz torpaqlarımızın işğaldan azad edilməsinin verdiyi sevinc göz yaşları vardı.

Bu gün həmin imza günündə müharibə iştirakçıları, qazilər, prosesi yaxından izləyənlər, şəhid anaları iştirak edirdilər. Xatirələrini bölüşdülər. Həmin anları bir də onların dilindən dinləmək… necə deyərlər, sanki yenidən 5 il əvvəlki o hissləri yaşadım, sızıltını duydum.

Səxavət bəylə iki ilə yaxındır tanışlığımız var. Hərbi ekspert kimi ondan çoxlu açıqlamalar almışam. Fikirləri həm əhatəli, həm də maraqlıdır. Bu səbəbdən ən çox oxunan xəbərlərim arasında onunla bağlı materiallar üstünlük təşkil edir. Həqiqətən də bir sahədə ixtisaslaşmaq çox vacibdir. O da çıxışında qeyd etdi ki, hərb sahəsi onu nə qədər cəlb etsə də, hərbçi yox, məhz hərbdən yazan jurnalist olmağı seçib.

Kitabda müharibə anları dərindən və təsirli şəkildə əks etdirilib. Onun maraqlı bir kitab olduğuna tam əminəm. Səxavət müəllimə işlərində uğurlar, yaradıcılığının davamlı olmasını arzulayıram. Əməyi keçən hər kəsə təşəkkürlər!

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri