Balakəndə keçirilən velosiped yarışı turnirində 200 məktəbli mübarizə aparıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Balakən, 11 mart, AZƏRTAC
Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Velosiped İdmanı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA), Balakən Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə təşkil olunub.
Balakən, Zaqatala və Qax rayonlarından olan 200 məktəblinin iştirak etdiyi yarışın açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edib, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə velosiped idman növünün əhəmiyyətini vurğulayıb, yeniyetmələrə uğurlar arzulayıb.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, AHİİTA-nın direktor müavini Fikrət Hacıyev, “Toba” şirkətinin əməkdaşı Həsən Seyfullayev çıxışlarında bu cür yarışların idmana marağın artırılmasında mühüm rol oynadığını qeyd ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 3,5 kilometrlik məsafədə idmançılar müxtəlif yaş kateqoriyaları üzrə qalib olmaq uğrunda mübarizə aparıblar.
Yarışın yekununda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar. Eyni zamanda, hər kateqoriya üzrə birinci yeri tutan idmançılara velosiped təqdim edilib.
Müxbir- Rasim İslamoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 11 Mart 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















