Icma.az
close
up
RU
Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib

Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Balakən rayon İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında velosiped yarışı təşkil olunub.

525.az-a AzVİF-dən verilən məlumata görə, açılış mərasimində iştirak edən Balakən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Azər Kərimli və digər rəsmilər çıxış edərək, rayonda ilk dəfə belə bir velosiped yarışının keçirilməsindən məmnunluqlarını bildiriblər və bu tədbirin Balakən rayonunda velosiped idmanına marağın xeyli artıracağına inandıqlarını söyləyiblər.

Vurğulanıb ki, Balakən və Zaqatala rayonlarında velosipeddən nəqliyyat vasitəsi kimi istifadə kifayət qədər geniş yayılıb və indi əsas məqsəd velosipedin idman növü kimi təşviqinə yönəldilməsidir.

Yarışda Balakən, Zaqatala və Qax rayonlarından 150-yə yaxın məktəbli 3 müxtəlif yaş qrupunda mübarizə aparıb. Reqlamentə əsasən, iştirakçılar yarışa öz velosipedləri ilə qatılıblar və əvvəlcə yarımfinal mərhələsində güclərini sınayıblar.

Yarışın marşrutu Balakən şəhərinin mərkəzi küçələrini əhatə edib. 3,5 kilometrlik dövrə üzrə hərəkət edən iştirakçılar sürət və texniki bacarıqlarını ortaya qoyublar. Gərgin və maraqlı keçən mübarizənin sonunda isə hər yaş qrupu üzrə ən sürətli və dözümlü velosipedçilər müəyyənləşdirilərək final mərhələsinə yüksəliblər.

Final mərhələsinin yekununa əsasən, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında Balakən məktəbliləri ilk 3 pilləyə yüksəliblər – Famil Həsənov 1-ci, İrakli Rəhimov 2-ci, Rəsul Əlisoltanov isə 3-cü olub.

Qızlar arasında mübarizə Zaqatala rayonu məktəblilərinin üstünlüyü ilə yekunlaşıb – Fatma Mehdiyeva bütün rəqiblərini qabaqlamaqla 1-ci nəticə göstərib. Həbsət Buğliyeva 2-ci, Hürü Məmmədova isə 3-cü yeri tutub.

2011-2014-cü il təvəllüdlü oğlanlar arasında da Balakən məktəbliləri fərqləniblər – Qurban Mollaçıyev final yürüşündə hamıdan güclü olub. Cahid Ramazanlı finişi 2-ci, İbrahim Hacıyev isə 3-cü keçib.

Fərqlənən idmançılar təşkilatçılar tərəfindən medal diplom və hədiyyələrlə təltif ediliblər. Bundan başqa, 1-ci yeri tutan məktəblilərə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər hədiyyə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Mart 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri