Icma.az
close
up
RU
Balakhani Operating Company LTD maaş qalmaqalı MÖVQE

Balakhani Operating Company LTD maaş qalmaqalı MÖVQE

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

"Balakhani Operating Company LTD"də (Balaxanı Əməliyyat Şirkətində) baş verənlər müzakirələrə səbəb olub.

Pravda.az-ın xəbərinə görə, yayılan məlumatlarda bildirilir ki, "Balaxanı Əməliyyat"  rəhbərlikdə təmsil olunan şəxslərin qohum-əqrabaları tərəfindən istismar olunur. Balaxanı Əməliyyat Şirkətinin rəhbəri Rövşən Rzayev, vitse-prezidenti Əli Həsənli şirkəti “ailə podratı”na çevirib. Burada ən yaxşı işlərdə, ən yüksək maaş alanlar Rövşən Rzayev və Əli Həsənliyə yaxın olanlardır. SOCAR prezidenti Rövşən Nəcəf bu şirkətə komissiya göndərərsə, burada baş verənlərin şahidi olacaq.

İddialara görə, yüksək maaş alan işçilərin maaşlarının bir hissəsi sonradan şirkət rəhbərliyinə geri qaytarılır.

Ağır sənayedə, küləkdə, qızmar günəş altında, yağışda, boranda, qarda çalışan usta, fəhlələr ayda 1000-1500 manat maaş alırlar. Amma Əli Həsənli iki ildir şirkətdə "şöbə" açıb. Hər ay 2000-3000 məvacib yazılan şəxslərin maaşlarının 50 faizi nağdlaşdırılaraq şöbənin rəisinə çatdırılır. O da öz növbəsində yığılan pulları şirkətin rəhbərliyinə verir.

Bildirilir ki, Balaxanı Əməliyyat Şirkətinin vitse-prezidenti Əli Həsənlinin Dubayda, Türkiyədə dəyəri milyonlarla ölçülən mülkləri var. Onun işə çoxsaylı mühafizə ilə gəlib-getdiyi də deyilir.

Narazı şəxslər ölkə rəhbərliyindən rəhbərliyindən kömək istəyiblər. 

"Qlobal.az" saytı məsələ ilə bağlı Balakhani Operating Company LTD-dən mövqe öyrənib: "Azərbaycan Respublikasındakı filialı hazırda neft-qaz hasilatı həyata keçirdiyi ərazilərdə fəaliyyətini başladıqdan bəri və xüsusilə son üç ildə iri həcmli optimallaşdırma, müasirləşdirmə və yenidənqurma layihələri aparmaqdadır. Heyət üzvlərinin işə alınmasında bu xüsusilə özünü işə qəbul prosesinin şəffaf meyarlar üzərində qurulmasında göstərir. O cümlədən, işçilər müvafiq bilik və bacarıq tələblərinə uyğun olduqda mərhələli yoxlamalardan keçir və yekunda ən səriştəliləri işlə təmin olunurlar. Bundan əlavə, korporativ “qayğı” dəyərimizə əsaslanaraq, hazırda işçi heyətimiz arasında 400-ə yaxın əməkdaş şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı olduğuna görə müvafiq iş yerləri ilə təmin olunmuşdur. Əməliyyat şirkətində çalışan bütün işçi heyəti üçün tibbi sığorta proqramı təmin edilmiş və həmin sığorta proqramı çərçivəsində yüzlərlə əməkdaşımız müayinə və müalicə xidmətlərindən təmənnasız istifadə etmişdir. İşçi heyətinin peşəkarlığının artırılması da şirkətimizin daim diqqət mərkəzindədir. Belə ki, hazırda 45 nəfər həmkarımız ikinci ali təhsilini Balakhani Operating Company LTD hesabına almaqdadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see198

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see127

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see124

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see122

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see119

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see118

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see117

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see116

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see116

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see115

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see115

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see115

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see115

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see114

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see114

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see114

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see114

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see113

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see112

Adını bitki adından götürən kənd: Ardıcın tarixinə dair maraqlı məlumatlar

10 İyun 2025 13:10see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri