Bali adasında daşqın: villalar və hotellər zərər görüb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 24 fevral, AZƏRTAC
İndoneziyanın Bali adasında yağan güclü yağışlar bir sıra ərazilərdə daşqınlara səbəb olub.
AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, Denpasar şəhərinin bəzi hissələri su altında qalıb. Daşqın sularının hündürlüyü bəzi yerlərdə 1,5 metrə çatıb, villalar və hotellər zərər görüb. Onlarla xarici qonaq təxliyə edilib.
Axtarış-xilasetmə qrupları əraziyə cəlb olunub, dörd kanoe və bir rezin qayıq vasitəsilə sakinlər və turistlər təhlükəsiz ərazilərə köçürülüb.
Hakimiyyət orqanları leysan yağışların davam edə biləcəyi barədə xəbərdarlıq edərək sakinləri və turistləri ehtiyatlı olmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:Bali adasında yanacaq böhranı...
13 Oktyabr 2026 14:28
Bali adasında turist boğularaq ÖLDÜ
15 Sentyabr 2026 15:37
Bali adasında rusları niyə görmək istəmirlər..?
17 Mart 2025 00:18
Bali adasında turistlər üçün gözlənilməz qadağa
04 Yanvar 2026 02:08
Bali adasında rusiyalı turistlər Honkonq qripinə yoluxublar
01 İyul 2026 12:33
Baxış sayı:133
Bu xəbər 24 Fevral 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















