Balıq mövsümü açıldı: bazarda qiymətlər
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sentyabrın 1-dən Azərbaycanda balıq ovu mövsümü başlayıb. Bazarlarda müxtəlif növ balıqlar satışa çıxarılıb, lakin isti hava səbəbindən tələbatın hələ gözlənilən səviyyədə olmadığı bildirilir.
XQ xəbər verir ki, satıcıların sözlərinə görə, sazan 6-8, belamur 8-10, xanı 6-7, forel isə 10-13 manat arasında dəyişir. Bəzi satıcılar İrandan gətirilən forelin yerli məhsulla müqayisədə daha ucuz olduğunu bildirirlər.
Mütəxəssislər Xəzərdə balıq ehtiyatlarının son illərdə azaldığını və daxili tələbatın bir hissəsinin idxal hesabına ödənildiyini qeyd edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, balıq ehtiyatlarının artırılması üçün su hövzələrinə balıq körpələrinin buraxılması davam etdirilir. Brakonyerliyə qarşı mübarizənin də gücləndirildiyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















