Xəzərin Corat sahillərində qanunsuz balıq ovlayan şəxs ələ keçdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəzərin Corat sahillərində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı Xəzər dənizinin Corat qəsəbəsi ərazisinə düşən hissəsində balıqların qeyri-qanuni ovu ilə məşğul olan B.Əlibabayev saxlanılıb.
Həmin şəxsdən qadağan olunan ov alətləri, həmçinin qanunsuz ovladığı 92 ədəd balıq aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 10 Mart 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















