Icma.az
close
up
RU
Balıq qiymətləri əl yandırır Ekspert səbələrdən danışdı

Balıq qiymətləri əl yandırır Ekspert səbələrdən danışdı

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.

Xəzər TV bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olaraq isə balıqların qiyməti 7 manatdan başlayır.

Balıq ticarəti ilə məşğul olan İlkin Novruzov deyir ki, satışda olan dəniz məhsullarının 80%-i yerli məhsullardır. Xaricdən gələn balıqlara da tələbat var. Əvvəlki illərlə müqayisədə balıq mövsümündə məhsul kifayət qədərdir.

Qiymətlə gəlincə mütəxəssis deyir ki, indi məhsula tələbat çoxdur və qiymətlər bazara uyğunlaşdırılır.

Sudak və sazan balıqları da az deyil. Qiymətləri münasibdir.  Ən ciddi qiymət artımı "samon" balığında nəzərə çarpır. Balığın bu növü xarici ölkələrdən gətirilir və hazırda qiymətində 10 manat artım var. Balığın bu növündən həm də suşi hazırlandığı üçün hazırda bu balığa tələbat daha  çoxdur.



 Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, 2024-cü ilin oktyabr ayında Nazirlər Kabineti diri və soyudulmuş balıq növlərinin idxalına tətbiq edilən rüsumları 0 faiz dən 15  faiz ə qədər artırdı:


“Bu nəticə etibarilə də qiymətlərin bahalaşmasına gətirib çıxardı. Biz artıq 2024-cü  ilin noyabr və dekabr aylarında qiymətlərin təxminən 40  faizə qədər bahalaşdığının şahidi olduq. Bahalaşma prosesi davam edir. Qış fəsli olduğuna görə balıq ovunda müəyyən iqlim şəraiti ilə yaranan çətinliklər, eyni zamanda idxalı çətinləşdirib. Həm idxalın bahalaşması, həm də idxalın azalması nəticə etibarilə də daxili bazarda qiymətlərin bahalaşmasına gətirib çıxarıb. Azərbaycan balıq tədarükündə yalnız 30 faiz daxili imkanları hesabına tələbatı ödəyə bilir. 70 faiz balıq, balıq növləri, balıq məhsulları xarici ölkələrdən idxal olunur. Bu baxımdan da bahalaşma qaçılmazdır və rüsumların da artırılması bahalaşmanı bir qədər də sürətləndirdi. Ölkədəki balıqartırma akvatoriyalarında demək olar ki, son illər tədarük göstəriciləri də azalıb. Belə ki, 2023-cü illə müqayisədə 2024-cü  ildə daxili balıqartırma akvatoriyalarında tədarük göstəriciləri 12 faizdən çox azalıb. Eyni zamanda, süni balıqartırma təsərrüfatlarının da həcmi azalma baş verib. Biz burada bir sıra inzibati basqıların da şahidi olduq. Çünki Ekologiya və Təbii Sərvətlər Naziri süni göllərin kütləvi şəkildə ləğv edilməsi ilə bağlı məhkəmələrə müraciət etmişdi. Bu, 2022-ci  ildə baş vermişdi və Mərkəzi Aran rayonlarındakı  içməli su təminatında da problemlər var idi. Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli və Zərdab rayonlarında süni balıqartırma göllərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilməyə başladı. Səbəb də ondan ibarət idi ki, bu göllər əhalinin içməli su təminatına təsir göstərir. Müəyyən mənada burada haqlı məqamlar da var idi və dövlət qurumu haqlı yanaşma da sərgiləyirdi. Lakin aqrar sektor üzrə balıqçılığın inkişafında biz ciddi şəkildə geriləmənin şahidi olduq". 


Ekspert qeyd edib ki, işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında kifayət qədər su mənbələri mövcuddur və su mənbələri eyni zamanda balıqartırma potensialımıza da geniş imkanlar yaradır:

"Yəni biz Şərqi Zəngəzurda və Qarabağ iqtisadi rayonunda geniş balıqartırma müəssisələri yarada bilərik. Bununla bağlı olaraq dövlət proqramı qəbul olunub. Təxminən 2023-cü  ildə bu istiqamətdə Zəngilan və Qubadlı rayonlarında 70 milyon manatlıq investisiya layihəsinin icrasına başlanıb. Güman edirəm ki, əgər bu tendensiya davam edərsə, Azərbaycanın balıq və balıq məhsulları üzrə idxaldan asılılığını azaltmaq mümkündür. Əgər bu baş verərsə, əlbəttə ki, qiymətlərin də ucuzlaşması müşahidə edilə bilər. Lakin indiki halda ki,  Azərbaycan idxaldan 70 faiz asılı vəziyyətdədir,  idxala tətbiq edilən rüsumlar artırılıb, balıq artırma akvatoriyaları üçün tələb olunan xərclər çoxalıb. Balıqların artırılması üçün süni mayalanma müəssisələrinin də fəaliyyətində müəyyən azalmalar var və xərclərin də artması bahalaşmanı qaçılmaz edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:422
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri