Icma.az
close
up
RU
Balkonda paltar qurudanları PUL CƏZASI gözləyir

Balkonda paltar qurudanları PUL CƏZASI gözləyir

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada yaşayış binalarında balkonlardan istifadə ilə bağlı qaydalara nəzarət gücləndirilib. Bina təhlükəsizliyi və fasadın görünüşü ilə bağlı tələbləri pozaraq balkonda paltar quran, qaydalara uyğun olmayan formada gül dibçəkləri yerləşdirən və ya digər dəyişikliklər edən şəxslər 750 avroya (təxminən 1500 manat) qədər cərimələnə bilərlər.

Turkustan.az xəbər verir ki, yerli qanunvericiliyə əsasən, balkon və binanın xarici görünüşünə təsir edən hər hansı dəyişiklikdən əvvəl sakinlər yaşadıqları binanın daxili qaydaları və bələdiyyə tələbləri ilə tanış olmalıdırlar. Fransada bütün ölkə üzrə vahid qadağa tətbiq olunmur – qaydalar bələdiyyədən bələdiyyəyə, eləcə də binadan binaya dəyişə bilər. Buna görə bəzi yaşayış komplekslərində paltarın küçədən görünəcək şəkildə qurudulması tamamilə qadağan edilir.

Səlahiyyətli qurumlar bildirirlər ki, balkonların xarici hissəsindən asılan və möhkəm bərkidilməyən gül dibçəkləri küləyin təsiri ilə düşərək piyadaların və avtomobillərin təhlükəsizliyinə ciddi risk yarada bilər. Belə hallarda mənzildə yaşayan şəxs – istər ev sahibi, istərsə də kirayəçi – hüquqi məsuliyyət daşıyır. Mütəxəssislər dibçəklərin balkonun daxili hissəsində yerləşdirilməsini və onların çəkisinin mütəmadi yoxlanılmasını tövsiyə edirlər.

Bundan başqa, günəş çətirləri və balkon arakəsmələrinin quraşdırılması da müəyyən qaydalara tabedir. Binanın fasad görünüşünü dəyişdirən və ya ümumi əmlaka bərkidilən konstruksiyalar üçün bəzi hallarda bina rəhbərliyinin və ya bələdiyyənin icazəsi tələb olunur. Qaydalara əməl edilmədiyi təqdirdə bina rəhbərliyi məhkəməyə müraciət edərək həmin dəyişikliklərin sökülməsini tələb edə bilər.

Fransa qanunvericiliyinə görə, təhlükəsizlik və bələdiyyə qaydalarının pozulmasına görə adi hallarda 150 avroya qədər cərimə tətbiq oluna bilər. Lakin bəzi xüsusi hallarda pozuntu daha ağır inzibati xəta kimi qiymətləndirilərsə, cərimənin məbləği 750 avroya qədər yüksələ bilər. Bu səbəbdən balkonda paltar qurutmağa və digər dəyişikliklərə görə tətbiq edilən cərimə hər bir hadisənin xarakterindən və yerli qaydalardan asılı olaraq müəyyən edilir. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 İyul 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri