Icma.az
close
up
RU
Nəqliyyatın sıx olduğu yerdə balkonda paltar qurutmayın XƏRÇƏNG RİSKİ

Nəqliyyatın sıx olduğu yerdə balkonda paltar qurutmayın XƏRÇƏNG RİSKİ

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu maddələrin hamısı xərçəng yaradır, ağciyər funksiyalarını zəiflədir və şiş əmələ gəlmə riskini artırır

Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə sıx nəqliyyat olan ərazilərdə balkonda paltar qurutmaq ciddi sağlamlıq təhlükəsi yarada bilər. Ekoloqlar bildirirlər ki, şəhər mərkəzlərində və nəqliyyatın çox olduğu küçələrə baxan balkonlar, fərqinə varmadan, zərərli maddələri sanki filtr kimi toplayır. Bəs paltarlar harada və necə qurudulmalıdır?

Sherg.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, islanmış paltarlar balkonda asılı vəziyyətdə olarkən ətrafdakı hava çirkliliyini özünə çəkir. Ağırlı metal hissəcikləri, egzoz qazları, əyləc tozları və his parçaları paltarların üzərinə asanlıqla yerləşir. Bu maddələrin hamısı kanserogen (xərçəng yaradan) sayıldığından, uzunmüddətli təmas ağciyər funksiyalarını zəiflədir və şiş əmələ gəlmə riskini artırır.

 

Mütəxəssislər müəyyən ediblər ki, çirkli bölgələrdə qurudulan paltarlar insan sağlamlığına iki yolla zərər verə bilər:

-Paltarın liflərinə yerləşən zərərli hissəciklər dəridən bədənə keçir.

- Hava vasitəsilə tənəffüs orqanlarına daxil olaraq ağciyərlərə zərər verir.

Araşdırmalar göstərir ki, insan günün təxminən 8 saatını yuxuda keçirir. Bu da o deməkdir ki, çirkli havada qurudulmuş yataq dəsti və geyimlərlə uzunmüddətli təmas bədənin zərərli maddələrə daha çox məruz qalmasına səbəb olur.

Ekoloqlar bildirirlər ki, hava çirkliliyinin çox olduğu ərazilərdə yaşayan insanlar bu təsirə daha açıqdırlar. Xüsusilə uşaqlar, yaşlılar və xroniki tənəffüs xəstəliyi olan şəxslərdə ağciyər iltihabı, nəfəs darlığı və dəri qıcıqlanması kimi problemlər daha tez-tez müşahidə olunur.

 

Mütəxəssislər bildirirlər ki, balkonda paltar qurutmaq yalnız təmiz havalı ərazilərdə - məsələn, bağa baxan və ya az nəqliyyat olan məhəllələrdə daha təhlükəsiz sayılır.

Şəhər mərkəzində və egzoz qazlarının çox olduğu yerlərdə isə bu qaydalara əməl etmək tövsiyə olunur:

Paltarları mümkün qədər qapalı yerdə və ya havalandırılan qurutma maşınlarında qurudun.

Əgər mütləq balkonda qurutmaq lazımdırsa, nəqliyyatın azaldığı saatlarda edin.



Paltarları çöldən qorumaq üçün file və ya tül parça istifadə edin.

Mütəxəssislər vurğulayırlar ki, zahirən sadə görünən bu vərdiş, balkonda paltar qurutmaq- əgər hava çirkliliyi yüksəkdirsə, uzun müddətdə ciddi sağlamlıq fəsadlarına gətirib çıxarır. Buna görə də balkonda paltar asarkən havanın təmizliyinə və qoruyucu tədbirlərə diqqət yetirmək vacibdir.

Turan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri