Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Ballıca və Sarıcalı yeni köç sevinci yaşadı

Ballıca və Sarıcalı yeni köç sevinci yaşadı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xoş, təravətli bahar günlərində respublikamızın müxtəlif şəhər və rayonlarından keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarına qaytaran növbəti köç karvanları yenidən Qarabağa istiqamət götürdü. Dünənki köç zamanı elimiz-obamız ikiqat qayıdış sevinci yaşadı. Belə ki, Böyük Qayıdışın bu mərhələsində 83 nəfərdən ibarət 21 ailə Xocalının Ballıca kəndində, 34 ailə (141 nəfər) isə Ağdam rayonunun Sarıcalı kəndində fərdi yaşayış evləri ilə təmin edildi.

Hər iki kənddə yeni sakinlərin qarşılanması mərasimi keçirildi. Həyatın yenidən canlandığı, gündən-günə abadlaşan, müasir şəhər və kəndlərin tikildiyi Qarabağa köç edənlər hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə dövlət başçısına, torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad etdilər.

Ballıca kəndinin yeni sakini, məcburi köçkünlüyə əbədi vida edən Vüqar Əhmədov öz sevincini “Xalq qəzeti”nin Qarabağ bürosu ilə bölüşərək bu günü uzun illər arzuladıqlarını bildirdi:

– Azərbaycanın hər qarışı bizim üçün əzizdir, doğmadır. Ancaq doğulduğun, böyüyüb boya-başa çatdığın Vətən torpağı həmişə insanı özünə çəkir. Xoşbəxtəm ki, yenidən Qarabağa qayıtdım, bundan sonra burada yaşayacağam. Mən fürsətdən istifadə edib bütün keçmiş məcburi köçkünlər adından xalqımıza bu qüruru, bu sevinci bəxş etdiyi üçün möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür etmək istəyirəm. Dövlətimiz Ballıcada bizim üçün hər cür şərait yaradıb. Biz də bu torpaqlara sahib çıxıb, əkib-becərib, bu yerlərin yenidən dirçəlişində iştirak etməliyik. Qoy, dostlar baxıb sevinsin, düşmənlərimizin gözləri kor olsun!

Atası Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Ceyhunə Abdullayeva da Ballıcaya qayıdış həyəcanı yaşayanlar arasındadır. Təəssüratlarını soruşduqda bunları dedi:

– Bu gün keçirdiyim hissləri sözlə ifadə etmək, həqiqətən, çox çətindir. Özümə söz vermişəm ki, kədərlənməyim. Çünki həm torpaqlarımız işğaldan azad edildiyi üçün, geri, doğma yurdlarımıza qayıtdığımız üçün atamın ruhu şaddır. Həm də illər boyu çəkdiyimiz Qarabağ həsrəti sona çatır. 11 yaşında çıxdığım Xocalıya qayıtmaq, burada yaşamaq ən böyük arzum idi. Bu gün arzuma çatdığım üçün özümü çox xoşbəxt hesab edirəm! Bir də ona görə xoşbəxtəm ki, dörd övladım daha bundan sonra öz ev-eşiyimizdə rahat, firavan yaşayacaq, məcburi köçkünlük bitdi!

Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Xocalı rayonunun Ballıca və Ağdamın Sarıcalı kəndlərində sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Hər iki kənd fasiləsiz qaz, su, elektrik enerjisi, yüksəksürətli internet xətti ilə təmin olunub. Ballıcaya və Sarıcalıya köç prosesi bundan sonra da davam etdiriləcək.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri