Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Jurnalist adamı tanımalıdır, yoxsa adam qanunu?

Jurnalist adamı tanımalıdır, yoxsa adam qanunu?

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Səbinə ƏVƏZQIZI

Bir jurnalist yanğın yerinə gedir. Əlində mikrofon, onun müşayiət edən heyətdə isə operator və sürücü var. İşini görmək, hadisəni işıqlandırmaq niyyətindədir. Amma qarşısını kəsib, özünü təqdim etməyən cavan oğlan əvvəlcə onu aşağılayır, mikrafonu guya ələ salır, sonra da “qoçuluq” nümayişi ilə əl-qol atıb, jurnalistə yumruq vurur. 

Söhbət APA TV-nin əməkdaşına qarşı zorakılıqdan, ona xəsarət yetirilməsindən gedir. 

Əlbəttə, bu hadisə sosial mediada müzakirəyə çıxarılır. Təbii ki, o yumruğu öz üzündə hiss edən hər bir jurnalist bu hadisə həmkarılmızın yanındadır. Cəmiyyətin zorakılıqla dolub daşmasını istəməyən, getdiyi yerdə hücuma məruz qalmağı arzulamayan həkim də, yanğınsöndürən də, sinif otağında, məktəb həyətində zorakılıqla rastlaşmaq istəməyən müəllim də bu hadisəni pisləyir. Normal, ağlı başında olan hamı başa düşür ki, hadisə baş verən ərazidə hüquqi statusundan asılı olmayaraq, ictimai mahiyyəti olan hadisəni çəkmək, yaymaq və münasibət öyrənmək jurnalistin vəzifəsidir. 

Biz bu mövzuda diletantların şərhlərinə çox da fikir vermədik. Çünki madia işinin mahiyyətini bilməyən, hadisəni iki cavab adamın küçədə davası kimi şərh edənlərə nəsə demək vaxt itikisidir. 

Şərhlərində təhqir, təhrik, zorakılığa çağırış olanların məsələsinə isə yəqin ki hüquqi müstəvidə baxılmalıdır. 

Amma bizim bəzi “həmkarlar”ın, tanınmış olanlardan birinin şərhinə münasibət bildirəcəm. 

Məsələn, televiziya aparıcısı, məclis aparıcısı, müğənni Sərxan Kərəmoğlu APA TV-nin əməkdaşına hücumla bağlı danışıb. Jurnalistə hörmət edilməli olduğunu, ona təzyiq göstərilməsinin yolverilməzliyini bildirib. Buraya qədər hər şey yaxşıdır. Amma sonra elə suallar verir ki, adam istər-istəməz düşünür: Sərxan bəy, biz eyni hadisədən danışırıq?
Deyir ki, jurnalist qarşısındakı adamı tanımalıdır. Görürsə ki, həmin şəxs əsəbidir, davranışını buna uyğun qurmalıdır.

Sərxan bəy, bir şeyi başa düşmək istəyirəm. Jurnalist hadisə yerinə gedəndə özü ilə mikrofon, kamera, yoxsa qarşısına çıxacaq insanların psixoloji portretini cızmaq üçün test aparmalıdı?

Yanğın yerinə gələn jurnalist haradan bilsin ki, qarşısındakı adam əsəbiləşəndə nə edəcək? Mikrofonu əlindən alacaq, kameranı sındıracaq, yoxsa yumruğunu işə salacaq?
Əlbəttə, bütün insanla kimi jurnalist də təmkinli olmalıdır. Amma onun təmkinli olması başqasının cinayət əməli məsuliyyətini aradan qaldırmır.
Deyirsiniz ki, jurnalist qarşı tərəfin əsəbi olduğunu görüb ona uyğun davranmalı idi.

Yaxşı, tutaq ki, jurnalist hansısa ifadəni düzgün seçməyib. Tutaq ki, qarşısındakı adamı daha da əsəbiləşdirib. Bu, kiməsə əl qaldırmaq hüququ verirmi? 
Məncə, bu sualın cavabını siz çox yaxşı bilirsiniz. Hətta bunu öz həyatınızdan da bilirsiniz. Yadınızdadır, 2017-ci ildə “Maşın” realiti-şousu verilişində müğənni Təranə Qumralla aranızda qalmaqal yaşanmışdı? Bir-birinizə sərt, hətta təhqiramiz ifadələr işlətmişdiniz. Mübahisə o həddə çatmışdı ki, Təranə Qumral sizə butulka atmışdı. Hadisədən sonra ağladığınızı göstərən görüntülər də yayımlanmışdı.

O vaxt sizə kimsə desəydi ki, Sərxan bəy, qarşı tərəfin əsəbi olduğunu görürdünüz, niyə sözünüzü davam etdirirdiniz, niyə onu qıcıqlandırırdınız, niyə butulka atmasına şərait yaratdınız, necə qarşılayardınız?

Daha maraqlısı, həmin hadisədən sonra verdiyiniz müsahibələrdə Təranə Qumralın sizə butulka atmasını unutmayacağınızı bildirmişdiniz. Deməli, o hərəkət sizin üçün ciddi məsələ idi. Üzərindən vaxt keçsə də, yadınızdan çıxmamışdı.

Bəs niyə?

Çünki insan özünə qarşı edilən hərəkətin ağırlığını daha yaxşı hiss edir. Mən o vaxt da Təranə Qumralın sizə butulka atmasını düzgün hesab etməzdim. Aranızda nə danışılmışdısa, kim kimi nə qədər qıcıqlandırmışdısa, bunun fiziki aqressiya ilə cavablandırılmasına haqq qazandırmaq olmazdı.
İndi sizdən də eyni yanaşmanı gözləmək çoxmu böyük tələbdir?

O vaxt sizin qarşınızda əsəbi bir qadın vardı. İndi isə jurnalistin qarşısında aqressiv davranan bir şəxs. Birinci hadisədə butulka atılması yanlışdırsa, ikinci hadisədə jurnalistə hücum niyə onun öz davranışı üzərindən izah edilməlidir?
 

Sərxan bəy, zorakılığın ünvanı dəyişəndə ona münasibət də dəyişməməlidir. Bir də deyirsiniz ki, mikrofon jurnalist üçün müqəddəsdir. Onun çörəyidir, zəhmətidir, illərlə qazandığı hörmətdir.

Razıyam.

Amma ardınca soruşursunuz ki, APA TV-nin loqosu olan mikrofon qarşı tərəfin əlinə necə keçib? Doğrudan da, maraqlı sualdır.

Ancaq mən başqa bir sual vermək istəyirəm: başqasının mikrofonuna əl uzadan adamın bunu etməyə nə haqqı var? Mikrofonun jurnalistin əlindən necə çıxdığını araşdırmaq olar.

Amma onu götürən şəxsin davranışını sorğulamaq daha vacib deyilmi?

Siz mikrofonun üzərindəki loqonun hörmətini unutmursuz, var olun. 

APA TV-nin loqosu hörmətə layiqdir bəli, unutmayaq ki, həmin loqonu daşıyan jurnalistə münasibət fərqli olmalıydı. Şirkət mikrofonu yenisi ilə əvəz edəcək təbii ki, insanın sağlamlığını isə hər zaman əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmur. O yumruq Sənanın alnına yox, gicgahına tuş gəlsəydi, o “qoçu”nun yumruğu bir neçə milli yerini dəyişsəydi, nə baş verəcəyini bilirsiniz? 

Bunu həm də zorakılıq edən gəncə “mujik kimi davranlb” yazan beyinsizlər də oxusun. O yumruq Sənanın gicgahından dəysəydi, nə olacaqdı? Kompüter arxasında şirə dönmək asandı, çox asandı.  

Deyirsiniz, jurnalist mikrofonun yerə vurulması qarşısında çəkilişi davam etdirməkdə israr etməməli idi.
Sərxan bəy, siz özünüz illərlə televiziya sahəsində çalışmısınız. Kameranın qarşısında baş verən hadisəni sənədləşdirməyin nə demək olduğunu bilməmiş olmazsınız. Jurnalist niyə çəkilişi dayandırmalıdır? Kimsə onun işini görməsini istəmir deyə? 

Ona çəkilişi dayandır deyən adam kimdi? Jurnalist adam kimi hörmətlə yaxılnlaşır, özünü təqdim et deyir, bu qoçu mikrafonu ələ salır. Əynində fərqləndirici geyimi yox, üstündə vəsiqəsi yox, özünü təqdim etmir, rəhbərinə zəng edib məlumat vermir, polisi dəvət etmir. Hər şey bir kənara, normal davrana da bilmir. Elementar, adi davranış qaydalarını bilmir. Jurnalistə hər çatan “dayan”, “olmaz” deyəndə journalist dayanmalıdı? Mənə maraqlıdı, doğrudan da, Siz jurnalistikanı belə təsəvvür edirsiniz? Sərxan bəy, Sənan hadisə müxbiridi, o, hər gün gecə reydlərində, yol qəzası çəkilişlərində, yanğın hadisələrində, criminal olaylarda çəkiliş edir. Yəni, onun günü “olmaz” deyən, baxdığı iki-üç kriminal dünya videosu ilə özünü o dünyada sananları müşahidə etməkdə, xəbər hazırlamaqda keçir. Yəni, deməyim o ki, Sənanın işi müğənni dalaşdırmağa, nə bilim şou-binzes partilərindən yayım açmağa bənzəmir. 

Bunu da yazım, bitirək. 

2018-ci ildə “Lider TV”də aparıcısı olduğunuz “Xoş gəldin” verilişində müğənni Mətanət Əsədova ilə yaşadığınız qalmaqal yadınızdadırmı?
Yəqin ki, yadınızdadır. Çünki həmin hadisə sizin üçün də xoş nəticələnməmişdi.

O vaxt Mətanət Əsədovanın ünvanına efirdə çox sərt fikirlər səsləndirmişdiniz. Onun iştirak etdiyi məclisdən danışmış, davranışını tənqid etmiş, hətta həmin hərəkətlərin Azərbaycan qadınının adına ləkə olduğunu bildirmişdiniz. 

Həmin qalmaqaldan sonra “Xoş gəldin” verilişi bağlandı. Mətbuatda yayılan məlumatlara görə, telekanal rəhbərliyi canlı efirdə yaşanan qalmaqala görə bu qərarı vermişdi. Üstəlik, siz özünüz də mühafizəçilər tərəfindən telekanalın binasına buraxılmamışdınız. Bundan sonra halınızın pisləşdiyi, xəstəxanada olduğunuz barədə xəbərlər yayılmışdı.
İndi gəlin, o hadisəyə də bugünkü məntiqlə baxaq. Mühafizəçilər sizi iş yerinizə buraxmayanda nə düşünürdünüz? Bəlkə siz də vəziyyəti düzgün qiymətləndirməmişdiniz? Bəlkə rəhbərliyin qərarını əvvəlcədən nəzərə almalı idiniz? Bəlkə o xoşagəlməz vəziyyətin yaranmasına özünüz şərait yaratmışdınız?

Görürsünüz, Sərxan bəy, hadisəyə bu cür yanaşanda necə qəribə mənzərə yaranır?

İnsan qarşılaşdığı haqsızlığı izah etmək əvəzinə, özünün niyə həmin vəziyyətə düşdüyünü sübut etməli olur. Halbuki sizinlə bağlı həmin hadisədə də əsas sual mühafizəçilərin hansı əsasla belə davrandığı idi. Necə ki, indiki hadisədə də əsas sual jurnalistin mikrofonunun qarşı tərəfin əlinə necə keçməsindən əvvəl, həmin şəxsin jurnalistin fəaliyyətinə niyə müdaxilə etməsidir.

Sərxan bəy, sizin sözlərinizdə bir məqam da diqqətimi çəkdi.

Deyirsiniz ki, APA TV-yə böyük hörmətiniz var. Bu telekanalın fəaliyyətindən heç vaxt inciməmisiniz. Onun illərlə zəhmət çəkib nüfuz qazanan insanlarına hörmət edilməsini istəyirsiniz. Çox gözəl. Amma APA TV-nin illərlə qazandığı hörməti qorumaq istəyirsinizsə, həmin hörmətin formalaşmasında çalışan jurnalistlərin əməyini də nəzərə almaq lazımdır. O jurnalist hadisə yerinə öz kefindən getməyib. 

Cəmiyyət bilməlidir ki, jurnalist ictimai əhəmiyyət daşıyan hadisəni işıqlandırmağa borcludur. Bu onun vəzifəsidir. Və onun çəkilişinə qanunsuz mane olmaq olmaz. Bütün bunlar bir kənara qoyaq, insanlara xəsarət yetirmək cinayətdir. 

Əgər bu gün jurnalistə desək ki, qarşısındakı adamı tanımalı idi, onda sabah müəllimə deyəcəyik ki, şagirdin valideyninin xasiyyətini bilməli idin. Birisi gün həkimə deyəcəyik ki, xəstənin qohumunun əsəbi olduğunu nəzərə almalı idin. Beləcə, hər dəfə zorakılığa məruz qalan adamdan daha çox ehtiyatlılıq tələb edəcəyik, zorakılıq edən adamdan isə daha az məsuliyyət soruşacağıq.

Sərxan bəy, sizə bir sualım da var. Təranə Qumralın sizə butulka atdığı gün kimsə çıxıb onu müdafiə etsəydi, görən nə deyəcəkdiniz? Özünüzü necə hiss edərdiniz?
Şillə hamının üzündə iz buraxır…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Noyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri