Ballıcaya köçən sakin: Bu gün xəyalımız, ən böyük arzumuz gerçəkləşib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Xocalıdan ayaqyalın, başıaçıq, ağlaya-ağlaya çıxmışdıq. Bu gün gülə-gülə, sevinc və qürur hissi ilə qayıdırıq.
APA xəbər verir ki, bunu bu gün Xocalı rayonunun Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Şöhlət Ələkbərova deyib.
O, Vətənə qayıtmağın çox gözəl hiss olduğunu bildirib: “Vətən ana qucağı kimi əzizdir. Xoşbəxtəm ki, Allah bu günü mənə nəsib elədi”.
Xocalı rayonunun Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Sərvan Məmmədov isə deyib ki, 30 il doğma torpaqlara qayıtmağın xəyalı ilə yaşayıblar: “Bu gün bu xəyalımız, ən böyük arzumuz gerçəkləşib - Vətənimizə qovuşmuşuq. Doğma torpaqlarımızdan didərgin düşəndə 17 yaşım var idi. Gəncliyim köçkünlüdə yurd həsrəti ilə keçib. Həmişə ümidlə yaşadıq. Bu gün doğma torpaqlara, yerimizə-yurdumuza qayıtmışıq. Bu qüruru, bu sevinci bizə yaşatdığına görə Prezidentimizə, Ordumuza minnətdaram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 13 Dekabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















