Icma.az
close
up
RU
Ballıqaya qətliamı Xocalı soyqırımından sonra ən ağır faciələrdən biri kimi

Ballıqaya qətliamı Xocalı soyqırımından sonra ən ağır faciələrdən biri kimi

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Birinci Qarabağ müharibəsi dövründə erməni hərbi cinayətləri yalnız ərazilərimizin işğalı ilə məhdudlaşmırdı. İnsanlıq hissini itirmiş düşmən mülki, silahsız əhalini hədəfə alırdı. Bu, ermənilərin ilk belə hərəkəti deyildi — tarix boyu bu kimi cinayətlər dəfələrlə törədilmişdir. 1990-cı illərdə genişlənən separatizm nəticəsində Qaradağlı, Meşəli, Malıbəyli, Ağdaban, Xocalı, Başlıbel və digər faciələrdə yüzlərlə dinc sakin şəhid oldu. Bu qanlı hadisələrdən biri də Ballıqaya qətliamıdır.
Ballıqaya qətliamı, Xocalı soyqırımını törətdiyini gizlətməyə çalışan Ermənistan silahlı qüvvələrinin daha bir vəhşiliyini, daha bir terrorunu dünyaya sübut etdi. Qarabağla Ermənistan arasında dəhliz rolunu oynayan strateji əhəmiyyətli Laçın rayonu 1992-ci il 18 may tarixində işğal edildi. Laçının işğalından sonra rayondan olan bir neçə ailə Goranboy rayonunun Murovdağ ətəklərində — Sarıqaya adlı ərazidə doğma yurda qayıtmaq ümidi ilə müvəqqəti məskunlaşdılar.
Lakin 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni silahlıları Laçından məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində yerləşmiş 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirdilər, 9 nəfəri isə yaraladılar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də var idi. 3 uşaq hər iki valideynini itirdi.
Xocalı soyqırımından sonra ən ağır faciələrdən biri sayılan Ballıqaya qətliamı zamanı Hürzaman Hümbətova və onun 6 övladı bir qəbirdə dəfn edildi. Hadisə zamanı öldürülənlərin ən kiçiyi 6 aylıq körpə, ən yaşlısı isə 93 yaşlı qadın idi. Uşaqların, qadınların və yaşlı insanların qətlə yetirilməsi beynəlxalq hüququn Ermənistan tərəfindən növbəti dəfə kobud şəkildə pozulması idi.
Heç bir cinayət gizli, heç bir qatil isə cəzasız qalmır. Hər millət bir gün “Ədalət Məhkəməsi” qarşısında cavab verir. Xalqımıza qarşı yüz illər boyu onlarla cinayət törədən, günahsız insanları qətlə yetirən Ermənistan silahlı qüvvələri bu məhkəməyə 2020-ci ildə çıxdılar. Onları qarşılayan bu dəfə Qafqazın ən güclü ordusu və ən mübariz xalqı idi.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Həm Vətən müharibəsi, həm də Antiterror əməliyyatı xalqımızın birliyini və Ali Baş Komandanımızın sarsılmaz iradəsini bütün dünyaya sübut etdi. Biz cəbhədə zəfər çaldıq! 30 il əvvəl başımıza gətirilən müsibətlərin cavabını səngərdə verdik. Ballıqaya, Xocalı və digər faciə qurbanlarının qanı yerdə qalmadı.
Bu gün azad Laçının mövcudluğu faciədə doğmalarını itirən insanlar üçün ən böyük təsəllidir.
Bizə bu günləri yaşadan bütün şəhidlərimizi hörmətlə anır, qazilərimizə şəfa diləyirik.
Bizimlə birgə oldugunuza , faciə qurbanlarını yad etdiyinizə görə hər birinizə ayrı-ayrılıada təşəkkür edirəm . Allah dünyadan köçənlərinizə rəhmət eləsin
Mehdili Ramil Sahib oğlu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri