Baltik dənizi regionunda genişmiqyaslı oğurluq hadisəsinin qarşısı alınıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Stokholm, 13 may, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı beynəlxalq polis əməliyyatı nəticəsində Baltik dənizi regionu ölkələrində, eləcə də Norveç və İslandiyada 57 nəfər saxlanılıb. Onlardan 22-si İsveç ərazisində tutulub. Əməliyyatın məqsədi təşkilatlanmış oğurluq hallarına, qaçaqmalçılığa və digər transsərhəd cinayətlərə qarşı mübarizə olub.
AZƏRTAC xəbər verir ki, əməliyyat zamanı hüquq-mühafizə orqanları oğurlanmış avtomobillər, qayıqlar, velosipedlər, saatlar və hətta yük maşını müsadirə ediblər. Bir neçə gün davam edən əməliyyat çərçivəsində bərə xətlərində, yollarda, körpülərdə və hava limanlarında 20 mindən çox şəxs və 15 minə yaxın nəqliyyat vasitəsi yoxlanılıb.
İsveçin məhkəmə icraçıları təxminən beş milyon İsveç kronu (təxminən 460 min ABŞ dolları) dəyərində əmlaka həbs qoyub. Həmçinin bir neçə kiloqram narkotik vasitə də müsadirə olunub.
Ağır oğurluq, çirkli pulların yuyulması, ekoloji hüquq pozuntuları və narkocinayətlər üzrə təxminən 100 cinayət işi açılıb.
Əməliyyat zamanı ən çox həbs İsveç və Danimarkada qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 May 2025 06:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















