“Bandotdel” bu vəkili həbs etdi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov Bakıda həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham olunur.
Vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin həbsi ilə bağlı hər hansı münasibət bildirilməyib.
Baxış sayı:129
Bu xəbər 07 Avqust 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















