Britaniyalı müəllifin əsərində Bakı belə təsvir olunub
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çarlz Tomas Marvin 19 -cu əsr britaniyalı yazıçı idi. Yazıçılıqla yanaşı jurnalist, kəşfiyyatçı-tədqiqatçı və geopolitik də, olmuşdur. Onun yazıçılıq səyahəti Böyük Britaniya və Rusiya İmperiyası arasında olan "Böyük Oyun" dövrünə təsadüf edirdi.
Modern.az xəbər verir ki, müəllifin Azərbaycan haqqında iki məşhur əsəri var. “The region of the eternal fire” ( Əbədi olan ocaq diyarı) 1884 -cu ildə Çarlz Marvin tərəfindən yazılmışdır. Əsər Bakının neftinin dünya bazarındakı rolundan bəhs edir. Çarlz bu əsərdə Atəşgahı , digər Abşeron kəndlərini də, adını sadalayır və Nobel qardaşlar ilə yanaşı Hacı Zeynalabdin Tağıyevin də, adını çəkmişdir.
Digər əsəri, "Baku: The petrolia of the hopeful" (Bakı: Ümidlərin neft paytaxtı) Bakının tezliklə energetika mərkəzinə çevriləcəyini vurğulayır. Olduğu kimi bu əsərdə 1884-cü ildə yazılmışdır. Müəllif bu əsərdə Bakıya ümidləndiyini və tezliklə Amerika neft sənayesini belə geridə qoyacağını vurğulamışdır.
Qeyd edək ki, Çarlz Marvin öz əsərlərində Bakını Qara şəhər olaraq adlandırıb. Bunun səbəbi isə, zavod tüstüləri, neft emalı müəssisələri və şəhərin unikal sənayə arxitekturasıdır.
Gülbadam Cümşüdova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 11 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















