Icma.az
close
up
RU
Bank Bank İT sistemlərini yeniləyir iri tender elan edildi

Bank Bank İT sistemlərini yeniləyir iri tender elan edildi

Icma.az, Marja.az saytına istinadən bildirir.

“AFB BANK” ASC İnformasiya texnologiyaları infrastrukturunun yenilənməsi və genişləndirilməsi məqsədilə Server, Storage, SAN Switch avadanlıqlarının və VMware virtualizasiya həllərinin satınalınması üzrə tenderdə iştirak etmək üçün müvafiq sahədə fəaliyyət göstərən şirkətləri tenderdə iştirak etməyə dəvət edir.

Tender çərçivəsində aşağıdakı məhsul və həllərin satınalınması nəzərdə tutulur:

Server avadanlıqları: Dell TechnologiesStorage sistemləri: Dell Technologies, IBM və NetApp brendləri üzrə təkliflər qəbul ediləcək. Tenderin nəticələrinə əsasən göstərilən üç brenddən yalnız biri seçilərək satın alınacaq;SAN Switch: Dell Technologies;Virtualizasiya platforması: VMware by Broadcom.

Tender prosesi mərhələli şəkildə həyata keçiriləcək.

1-ci mərhələ – İştirakçıların ilkin qiymətləndirilməsi

Tenderdə iştirak etmək istəyən şirkətlər ilkin qiymətləndirmə məqsədilə aşağıdakı məlumat və sənədləri təqdim etməlidirlər:

Şirkət haqqında ümumi məlumat;Hüquqi qeydiyyat sənədləri və VÖEN məlumatı;Vergi öhdəlikləri üzrə borcun olmamasını təsdiq edən qüvvədə olan arayış;Son 1–2 il üzrə maliyyə hesabatları və/və ya şirkətin maliyyə dövriyyəsi barədə arayış;Müvafiq sahə üzrə fəaliyyət və iş təcrübəsi barədə məlumat;Təklif ediləcək məhsullar üzrə istehsalçı, rəsmi distributor və/və ya partner statusunu təsdiq edən sənədlər;Server, Storage, SAN və virtualizasiya infrastrukturu üzrə həyata keçirilmiş oxşar layihələr barədə məlumat;Maliyyə və bank sektorunda həyata keçirilmiş oxşar layihələr üzrə referenslər;Müvafiq istehsalçı sertifikatlarına malik texniki mütəxəssislər barədə məlumat;Azərbaycanda texniki dəstək və servis imkanları barədə məlumat;Zəmanət və satışdan sonrakı xidmət imkanları;Şirkətin əlaqələndirici şəxsi və əlaqə məlumatları.

Storage həlləri üzrə müraciət edən şirkətlər təqdim etdikləri həllin Dell Technologies, IBM və ya NetApp brendlərindən hansına aid olduğunu, həmin brend üzrə partnerlik və ya avtorizasiya statusunu ayrıca göstərməlidirlər.

Bank təqdim olunmuş məlumat və sənədləri şirkətin hüquqi, maliyyə və texniki etibarlılığı, istehsalçı ilə tərəfdaşlıq səviyyəsi, müvafiq layihə təcrübəsi, sertifikatlı mütəxəssis heyəti və texniki dəstək imkanları baxımından qiymətləndirəcək.

İlkin qiymətləndirmədən uğurla keçmiş şirkətlər tenderin növbəti mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

2-ci mərhələ – Texniki və kommersiya təkliflərinin alınması

İlkin seçim mərhələsindən keçmiş şirkətlərə Bank tərəfindən ətraflı texniki tələblər, tələb olunan avadanlıq və lisenziyaların spesifikasiyası, xidmət və implementasiya tələbləri, habelə kommersiya təklifinin təqdim olunma qaydaları göndəriləcək.

Storage sistemi üzrə texniki və kommersiya təklifləri Dell Technologies, IBM və NetApp brendləri üzrə qəbul ediləcək və aparılan qiymətləndirmənin nəticəsinə əsasən Bank tərəfindən həmin üç brenddən yalnız birinin həlli seçiləcək.

Seçilmiş iştirakçılar təqdim edilmiş texniki tələblərə uyğun olaraq texniki və kommersiya təkliflərini təqdim etməli olacaqlar.

Bank tender prosesi çərçivəsində iştirakçılardan əlavə məlumat və sənədlər tələb etmək, təqdim edilmiş məlumatların düzgünlüyünü müvafiq dövlət qurumları, istehsalçılar, distributorlar və digər mənbələr vasitəsilə yoxlamaq hüququnu özündə saxlayır.

Tenderdə iştirak etmək istəyən şirkətlər tələb olunan məlumat və sənədləri 16 oktyabr 2026-cı il saat 18:00 tarixinədək  bankın Baş Ofisinə (Bakı şəhəri,Yasamal rayonu, N.Nərimanov pr.206.466 ) möhürlənmiş zərfdə göndərməlidir.

Müraciətin mövzusu:
“Server, Storage, SAN Switch və VMware həllərinin satınalınması üzrə tenderdə iştirak”

Əlavə məlumat üçün:

Əlaqələndirici şəxs: Vüsal Mehdiyev
Telefon: +994502901066
E-mail: [email protected]

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://marja.az
archiveBu xəbər 05 Oktyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri