Icma.az
close
up
RU
Bank kartınızdakı pulları belə qoruyun VACİB

Bank kartınızdakı pulları belə qoruyun VACİB

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41048 manat oğurlanıb.

Sfera.az xatırladır ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 12-də və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11100, 10283, 4900, 2537, 2520, 2183, 1500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Kart oğurluqlarının qarşısını almaq üçün siz hansı tədbirlərin görülməsini vacib hesab edirsiniz?

Sfera.az-a açıqlama verən İT mütəxəssis Fərid Kazımov bu məsələ ilə bağlı əsas təhlükəsizlik tədbirlərindən birinin əlavə bank kartı hesabının açılması olduğunu bildirib. Onun sözlərinə görə, gündəlik ödənişlər məhz bu kart üzərindən həyata keçirilməlidir:

“Məsələn, əgər bir şəxsin maaş kartına yüksək məbləğdə vəsait daxil olursa, həmin məbləği hissə-hissə əlavə karta köçürmək daha məqsədəuyğundur. Bu halda vətəndaş öz maliyyə təhlükəsizliyini qismən təmin edə bilər. Əgər ikinci kart oğurlanarsa və ya dələduzluq halları baş verərsə, əsas vəsaitə zərər dəyməyəcək.
Digər mühüm məsələ şəxsi məlumatların heç bir halda paylaşılmamasıdır. Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, cinayətkarlar daim yeni üsullar axtarırlar. Lakin bu cür qabaqlayıcı tədbirlərlə baş verə biləcək oğurluqların məbləğini azalda bilərik. Bəzən vətəndaşlara müxtəlif nömrələrdən zənglər daxil olur və onlara xüsusi suallar verilir. İnsanlar bu kimi hallarda son dərəcə ehtiyatlı olmalı və bu zənglərə əsla inanmamalıdırlar”.

Mütəxəssis bildirib ki, aidiyyəti qurumlar tərəfindən maarifləndirici xarakter daşıyan xüsusi bir platforma yaradılmalıdır. Bu tətbiq vasitəsilə vətəndaşlar dələduzluq halları barədə mütəmadi məlumatlandırılmalı və bu kimi hadisələrin qarşısının alınması üçün zəruri biliklərlə təmin olunmalıdırlar.

Fidan Hacızadə 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see415

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see274

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see227

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see220

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see206

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see194

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see188

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see186

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see186

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see185

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see176

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see173

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see171

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see168

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see166

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see165

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see162

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see161

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri