Icma.az
close
up
RU
Bank kartlarımızı dələduzlardan necə qoruyaq?

Bank kartlarımızı dələduzlardan necə qoruyaq?

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətəndaşların diqqət etməli olduğu məqamlar...

Bank kartları ilə bağlı hər gün yeni bir dələduzluq növü eşidirik. Kartlardan istifadə və təhlükəsizliklə bağlı nə qədər məlumatlı olsaq da, hakerlər yenə xırda bir ehtiyatsızlıqdan sonra kartımızdakı pulları oğurlaya bilirlər. Son günlər isə vətəndaşların bank kartlarından pulların oğurlanması halları çoxalıb. Artıq hər gün bank kartlarından oğurlanan pullarla bağlı müxtəlif rəqəmlər deyilir.

Bu sahədə fəaliyyət göstərənlər zaman keçdikcə “texnoloji qabiliyyətləri”ni sürətlə inkişaf etdirirlər. Məsələn, bəzən olur ki, insanlar pul köçürmək lazım olduqda içində vəsait olmayan kartlarını göndərirlər. Düşünürlər ki, boş olan kartlarının göndərilməsi onlara heç bir problem yaratmaz. Lakin dələduzlar bu boş kart vasitəsilə insanların pul olan hesablarına çıxış imkanı əldə edirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) vətəndaşlara müraciət edilərək bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:

Dələduzlar bankların mobil tətbiqlərini oğurlayırlar

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən İT mütəxəssisi Fərid Pərdəşünas bildirib ki, dələduzlar kartlara bankın mobil tətbiqi vasitəsilə daxil ola bilirlər: “Son vaxtlar dələduzlar bank kartlarını yox, bankların mobil tətbiqlərini oğurlayırlar. İnsanlara bununla bağlı təhlükəsizlik kodu göndərilir. Şəxsiyyət vəsiqəsinin FİN-i əldə olunaraq bank kartlarının hamısına birdən daxil olurlar. Bir kartı götürüb oradakı məlumatlarla bank tətbiqinə daxil olub digər kartlara keçid edirlər. Mobil tətbiqi oğurlayırlar deyə, həmin banka bağlı olan bütün kartları idarə edə bilirlər”.

Şəxsi kart kodlarınızı heç kimə verməyin

Ekspertin sözlərinə görə, vətəndaşlar heç bir halda şəxsi kodlarını üçüncü tərəflə paylaşmamalıdırlar:

“Ona görə də vətəndaşlar şəxsiyyət vəsiqələrinin FİN kodlarını, mesajla gələn təhlükəsizlik kodlarını heç kimə verməli deyillər. Çünki FİN kodla da bankın mobil tətbiqlərində qeydiyyatdan keçmək olur. Qeydiyyatdan keçəndə 3D kod göndərilir. O kodu da adətən vətəndaşlardan istəyirlər. Onları necəsə aldadıb ələ keçirirlər”.

Müştəridən bu rahatlığı almaq olmaz

Bank məsələləri üzrə ekspert Emin Mahmudov isə bildirib ki, bank tətbiqi olmadıqda hesablara çıxış əldə etmək mümkün deyil:

“Proqram isə müştərinin rahatlığı üçündür. İndi 100 mində bir oğurluq olur deyə, müştəridən bu rahatlığı almaq olmaz. Kart biznesi hər zaman iki məsələ arasında qalır: təhlükəsizliyi də qorumalıdır, müştəriyə rahatlıq da verməlidir. Qeyd olunan situasiyalarda dələduzlar bir kartı alıb proqramda qeydiyyatdan keçir və kart sahibinin digər hesablarına da daxil olurlar”.

Bankdan gələn mesajda böyük hərflərlə yazılır ki...

Mütəxəssis bildirdi ki, heç bir bankda pul köçürməsi zamanı kartın üzərindəki 16 rəqəmdən başqa bir məlumat tələb olunmur:

“Kim deyirsə ki, istifadə müddəti, üç rəqəmli kod, telefona gələn təhlükəsizlik şifrəsini istəyir, bu, yalandır, istəyən şəxslər dələduzdur. Bankdan gələn mesajda böyük hərflərlə yazılır ki, kartınızdan pul silinəcək və ya bu proqrama giriş kodunuzdur, onu başqa şəxslərlə paylaşmayın. Amma insanlar o kodu yenə də kimlərəsə verir. Sonra bankı məhkəməyə verirlər ki, təhlükəsizlik sistemi kifayət qədər qurulmayıb, ona görə də məlumatlarım oğurlanıb”.

Müştəri təhlükəsizlik - sms xidmətini aktiv etməlidir

E.Mahmudovun fikrincə, vətəndaşlar mütləq 3D təhlükəsizlik - sms xidmətini aktiv etməlidirlər:

“Bəzi banklarda bu xidmət pullu olduğu üçün insanlar xəsislik edib xidmətə qoşulmurlar. Halbuki bu xidməti aktiv etsələr, kartdan pul çıxılanda xəbər tutacaq, silinmələr olmamış kartı bloklaya biləcəklər.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri