Icma.az
close
up
RU
Bank kartlarının talanması Əsas günahkar vətəndaşdır

Bank kartlarının talanması Əsas günahkar vətəndaşdır

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Son vaxtlar bank kartlarına edilən kiberhücumların sayı kəskin şəkildə artıb. Vətəndaşların şəxsi kart məlumatlarını əldə edən kibercinayətkarlar hər gün böyük məbləğlərdə pul vəsaitləri oğurlayırlar.
Vətəndaşlara edilən xəbərdarlıqlarla yanaşı, bankların da tədbirlər görməsi vacibdir. Bir sıra banklar kart sahiblərinin məlumatlarını qorumaq üçün innovativ texnologiyalara, çoxmərhələli doğrulama sistemlərinə və mütəmadi maarifləndirmə kampaniyalarından istifadə edirlər.

İqtisadçı ekspert Elşən Bağırzadə Modern.az-a deyib ki, banklar ilk növbədə kibertəhlükəsizlik tədbirlərini gücləndirməlidirlər.
“Artıq bu istiqamətdə addımlar atılır. Bunlara güclü şifrələmə, iki mərhələli identifikasiya, “firewall” sistemləri və mütəmadi təhlükəsizlik yoxlamalarının vacibliyi aiddir. Bu tədbirlər vətəndaşların maliyyə məlumatlarının təhlükəsizliyini təmin etməyə yönəlib. Ancaq bu işin digər tərəfi də var. Yəni bank kartı sahiblərinin maariflənməsidir”.

Ekspert deyib ki, bank kartlarından pulların çəkilməsinin önəmli hissəsi əsasən bank kartı sahiblərinin təhlükəsizlik qaydalarına əməl etməməsidir. Buna görə də qeyd edilən istiqamətdə vaxtaşırı maarifləndirmə həyata keçirilməlidir. “Banklar telefon mesajları vasitəsilə vaxtaşırı öz müştərilərini məlumatlandıra bilər. Eyni zamanda, nəzərə alsaq ki, bu kimi hallar bütövlükdə ölkənin bank sisteminə olan inamın sarsılmasına da gətirib çıxarır, onda Mərkəzi Bank da bu istiqamətdə işlər görməlidir. Vaxtaşırı televiziya, radio verilişləri hazırlanıla bilər, xüsusilə də bölgələrdə maarifləndirmə xarakterli kampaniyalar təşkil edilə bilər.

Nəzərə alsaq ki, bu cür hallara məruz qalanlar əsasən maliyyə və texnoloji savadlılığı aşağı olan insanlardır, onda deyə bilərik ki, maarifləndirmə çox önəmli vasitədir.  Bundan başqa, qanunvericilikdə bu kimi hallara qarşı cəzalar daha da sərtləşdirilməlidir ki, dələduzlarda müəyyən çəkindirici effekt yaransın”,- deyə Elşən Bağırzadə söyləyib.
Zərif Sofiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Aprel 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri