Bank of Baku da fiziki şəxslərin depozitləri 19% dən çox artıb
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bank of Baku-nun depozit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 698 milyon 603 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 106 milyon 88 min manat və ya 17,9% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 638 milyon 904 min manat, hüquqi şəxslərin depozitləri isə 59 milyon 699 min manat təşkil edib.
2024-cü ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 103 milyon 708 min manat (19,4%), hüquqi şəxslərin depozitləri isə 2 milyon 380 min manat (4,2%) artıb.
Ötən ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 535 milyon 196 min manat və 57 milyon 319 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















