Icma.az
close
up
RU
“Bank Respublika”nın COP29 çərçivəsində möhtəşəm uğuru FOTOLAR

“Bank Respublika”nın COP29 çərçivəsində möhtəşəm uğuru FOTOLAR

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Bank Respublika”nı dəstəkləyərək Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün böyük həcmli kredit ayırıb.
İmzalan sazişə əsasən, beynəlxalq maliyyə institutu “Bank Respublika”ya 4 illik müddətə 20 milyon ABŞ dolları məbləğində yaşıl kredit təqdim edəcək. Kredit vəsaitləri ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən mikro, kiçik və orta müəssisələrə, eləcə də aşağı gəlirli ailə bizneslərinə dəstək məqsədilə yönəldiləcək.
Bu, yeni iş yerlərinin yaradılmasına, sosial dayanıqlılığın artırılmasına və yaşıl texnologiyaların daha geniş əhali təbəqələrinə əlçatanlığının təmin edilməsinə imkan yaradacaq. Belə təşəbbüslərin dəstəklənməsi, dayanıqlı iqtisadi artıma kömək edəcək və bölgələrin inkişafını stimullaşdıraraq onları qlobal ekoloji transformasiya proseslərinə inteqrasiya edəcək.
Qeyd edək ki, bu “Bank Respublika”nın COP29 çərçivəsində beynəlxalq maliyyə təşkilatları ilə bağladığı 3-cü yaşıl kredit sazişi olub. Bank daha öncə Niderland İnkişaf Bankı ilə və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə böyük həcmli və mühüm kredit sazişi bağlamışdır.
“Özəl biznes, xüsusilə kiçik biznes Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunda iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Bizim məqsədimiz maliyyə sektorunun bu müəssisələri dəstəkləmək qabiliyyətini artırarkən, eyni zamanda iqlimə davamlılığı təşviq etməkdir. Hesab edirik ki, IFC-nin” Bank Respublika”-ya ayırdığı vəsaitlər iqlim maliyyələşdirmə məhsullarının effektivliyini nümayiş etdirəcək və maliyyə institutlarının bunları daha geniş tətbiq etməsinə stimullaşdırıcı rol oynayacaq”– deyə IFC-nin Avropa, Latın Amerikas və Karib dənizi üzrə regional vitse-prezidenti Alfonso Garcia Mora bildirib.
“Bank Respublika olaraq ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində çoxillik tərəfdaşımızla bu müqaviləni imzalamaqdan olduqca məmnunuq və hesab edirik ki, bu saziş əlaqələrimizin möhkəmləndirilməsi və birgə ekoloji təşəbbüslərin həyata keçirilməsi istiqamətində mühüm addım olacaq. IFC kimi nüfuzlu beynəlxalq maliyyə təşkilatı ilə əməkdaşlıq yalnız “Bank Respublika”nın etibarlı maliyyə təşkilatı kimi etibarını təsdiqləmir, həm də mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün yeni imkanlar açır. Əminik ki, bu saziş ölkəmizdə ekoloji cəhətdən məsuliyyətli layihələrin maliyyələşdirilməsi üçün geniş imkanlar yaradacaq və qlobal miqyasda ekoloji problemlərin həllinə töhfə verəcək” – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebookinstagramlinkedintelegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.




 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Noyabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri