Təbrik üçün paylaşacaqdım, vida paylaşımına çevrildi...
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Bakının Lökbatan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən "ARB TV"nin keçmiş aparıcısı Ada Süleymanovanın xalası qızı sosial şəbəkə hesabında duyğusal paylaşım edib.
Redaktor.az xəbər verir ki, mərhum aparıcının xalası qızı Ülviyyə Quliyeva Adanın doğum günündən görüntünü paylaşaraq onun ölümünə hələ də inana bilmədiyini yazıb:
"Canım xalam qızı, Ada… Sən mənim ən yaxınlarımdan, hər zaman yanımda olan, dəstəyini hiss etdiyim insanlardan biri idin. Bu videonu sənin ad gününü təbrik etmək üçün paylaşmaq istəyirdim, amma təəssüf ki, bu gün sənin üçün vida paylaşımına çevrildi…
Hər zaman yaxşılığınla, gözəl qəlbinlə, təmiz niyyətinlə yadda qaldın. Elə o gözəl qəlbinlə də bu dünyadan köçdün…
Hələ də inana bilmirəm. Yoxluğunu qəbul etmək çox çətindir. Sən hər zaman xatirələrimizdə, dualarımızda və qəlbimizdə yaşayacaqsan.
Allah sənə rəhmət eləsin, canım Ada".
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Noyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















