Icma.az
close
up
RU
Bank şəhid atasını borca görə məhkəməyə verdi: “Yoxumdur axı, olsa, ödəyərəm” VİDEO Yeni Çağ Media

Bank şəhid atasını borca görə məhkəməyə verdi: “Yoxumdur axı, olsa, ödəyərəm” VİDEO Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olmuş oğullardan biri Məhərrəmov Cavad Sadiq oğlu Lerik rayonunun Almu kənd qəbristanlığında uyuyur. Ümumilikdə Almu kəndi Qarabağ uğrunda 6 şəhid verib, onlardan daha ikisi – Məlikov Vüsal Bəxtiyar oğlu və Tahirli Natiq Namiq oğlu da kəndin məzarlığında dəfn edilib.

Lənkəran-Lerik magistralından sola ayrılan 5 km-lik qum-çınqıllı yolla, meşənin içərisi ilə, dəniz səviyyəsindən təqribən 900 metr yüksəkliyə qalxıb Almuya yetişirik. İlk üz tutduğumuz ünvan şəhidimizin məzarı olur. Elə Cavidin atası Sadiq Məhərrəmovla birgə şəhidimizin məzarı başında qurulmuş evini – əbədi məkanını ziyarət edirik. Gələn ay şəhidliyinin birinci ildönümü qeyd olunacaq Cavid Məhərrəmov Müddətdən Artıq Xidmət Edən (MAXE) olaraq xidmətdə olub, Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərdə cəngavər kimi döyüşüb və Ağdərənin azad olunması əməliyyatında düşmən snayperi onu ürəyindən vurub. Qəhrəmanımızın atası Sadiq bəy oğlunun keçdiyi döyüş yolundan danışarkən məlum olur ki, ikinci oğlu da 8 aydır hərbi xidmətdədir, üçüncü oğlu isə oktaybrda Vətən borcunu ödəmək üçün əsgər gedəcək. Amma üzücü hal budur ki, Vətənə sipər oğulların atası özü borc içərisindədir. Elə “Yeni Müsavat”a dərdini danışmaq üçün müraciət etməsinə səbəb də məhz atanın öz borcu – bank kreditinə görə məhkəməyə verilməsi olub.

Belə ki, şəhid Cavid Məhərrəmov şəhadətə qovuşmazdan öncə ev tikdirmək üçün “Yelo bank”dan 15 min manat kredit götürməyi tövsiyə edib. Bildirib ki, krediti aybaay öz maaşından ödəyəcək, təki atası evin inşaasına başlasın. Köhnə, yağış, qar yağarkən otaqlarına su daman iki otaqlı evi təmir etdirməyin mənasız olduğunu görən Cavid məsləhət görüb ki, ikimərtəbəli ev tikilsin, ata-anası və qardaşları ilə bir yerdə yeni evdə yaşasınlar. Qismət olmayıb, kredit götürülüb, ilk mərtəbə tikilib, iki aylıq ödənişdən sonra Cavid şəhid olub. Heç yerdə işləməyən Sadiq kişinin imkansız vəziyyətdə olması səbəbindən kreditin sonrakı ayları ödənməyib və iş məhkəməyə gedib çıxıb. Məzar başında atanı dinlədikdən sonra evə baş çəkirik, həm qəzalı vəziyyətdə olan, Xüsusi Təyinatlı Cavidin son yadigarlarının da toplandığı köhnə mənzilə, həm də şəhidimizin kreditlə binovrəsini qoyduğu yarımçıq tikiliyə… Daha yaxşısı budur oxucularımız şəhid atasının özünü dinləsinlər.

Musavat.com şəhid atası Sadiq Məhərrəmovun göz yaşları içərisində əlaqədar qurumlardan dəstək müraciətini, ümumiyyətlə, şəhid ailəsinin gerçək durumunu təqdim edir. Ümid edirik ki, müvafiq qurumlar məsələyə humanizm nöqteyi-nəzərindən yanaşacaqlar, əliqabarlı şəhid atasının müraciətinə biganə qalmayacaqlar.

P.S.Adı çəkilən bank rəhbərliyinin və digər əlaqədar qurumların mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri