20 Yanvar milli oyanışın və müstəqillik ideyasının daha da güclənməsinə səbəb oldu
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
AMEA Nəsimi adına Dilçilik İnstitutunda ölkəmizin müstəqillik uğrunda mübarizədə üzləşdiyi, alnıaçıq, üzüağ çıxdığı ən ağır hadisələrdən biri olan 20 Yanvar faciəsinin anım tədbiri təşkil olunub. Tədbirdə Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə XQ-yə AMEA-dan məlumat verilib. Bildirilib ki, institutun direktoru professor Nadir Məmmədli çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda və respublikanın digər bölgələrində törətdiyi qanlı hadisələrin Azərbaycan xalqına qarşı həyata keçirilmiş ağır cinayət və insanlığa qarşı yönəlmiş terror aktı olduğunu vurğulayıb. O bildirib ki, həmin faciə xalqımızın azadlıq iradəsini sındırmaq məqsədi daşısa da, əksinə, milli oyanışın və müstəqillik ideyasının daha da güclənməsinə səbəb oldu. Bu gün şəhidlərimizin xatirəsi dövlətimiz və xalqımız tərəfindən böyük ehtiramla yad edilir.
Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, filologiya elmləri doktoru Qətibə Quliyeva, filologiya elmləri doktoru Elçin İsmayılov və digər institut əməkdaşları 20 Yanvar faciəsinin xalqımızın yaddaşında əbədi həkk olunduğunu, həmin gecə öldürülən günahsız insanların qanının yerdə qalmadığı qeyd ediblər. Şəhidləin xatirəsinin gənc nəsillərə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 19 Yanvar 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















