Icma.az
close
up
RU
Bank sektorunun ƏN ZƏİF BƏNDİ... ən çox oğurluq BURDA BAŞ VERİR

Bank sektorunun ƏN ZƏİF BƏNDİ... ən çox oğurluq BURDA BAŞ VERİR

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövlər Azərbaycanda vətəndaşların bank hesablarına kiber üsulla müdaxilə halları artmaqdadır.

Demək olar ki, hər gün onlarla vətəndaş bu cür talamalara məruz qalır.

Hurriyyet.az xəbər verir ki, Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, bank hesablarındakı talamalara görə şikayətlər iki yerə bölünür.

Bir qism şikayətlər dələduzluq, digərləri isə kibercinayət kimi tövsif olunur.

Ancaq bu cinayətlərin araşdırılması zamanı onların açılması çox az faiz təşkil edir ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olub.

Saytımızın hüquq-mühafizə orqanlarından əldə etdiyi məılumata görə, Azərbaycanda ən çox talama Kapitalbank-da baş verir. Bu prosesdə isə ikinci yerdə Azərbaycan Beynəlxalq Bakı gəlir.

Hər iki bank mobil tətbiqlərində müdafiə mexanizmini zəif qurduğundan cinayətkarlar asanlıqla onu ələ keçirir. Baxmayaraq ki, bank məsuliyyəti üzərindən ataraq, günahı vətəndaşda görür və iddia edir ki, ona gələn kodu qarşı tərəfə deməməlidir.

Bu prosesdə diqqətiçəkən məqamlardan biri də mobil tətbiqi cinayətkarın əlinə keçən şəxsin sonradan online kredit çəkməsidir.

Halbu ki, vətəndaş bankdan özünə kredit çəkərkən bank əməkdaşı onun yaxın ətrafında ən azı 3-5 şəxsə zəng edir, zəmanət tələb edir və sair.

Ancaq online qaydada kredit çəkilərkən, bank bu sorğuya görə hər hansı bir formada araşdırma aparmır.

Kartındakı vəsaiti talanan və əlavə olaraq, 1500 manat da onun adından kredit çəkilən vətəndaş İ.Həşimova Gununsesi.info-ya deyir ki, ümumilikdə 8100 manat pul oğurlanıb. Amma bank hər gün ondan online şəkildə çəkilən krediti tələb edir.

Vətəndaş, həmçinin bankın daha bir qanunsuz hərəkətlərinə diqqət çəkir:”Mənim kartım adi debit kartdır. Bankın icazəm olmadan mənim kartımı kredit kartına çevirib “.

Vətəndaşın sözlərinə görə, kibercinayətə məruz qalmasına dair Yasamal Rayon Polis İdarəsindən aldığı müvafiq arayışı və cinayət işinin başlanmasına dair Qərarı bankın İnşaatçılar filialına aparsa da onu qəbul etməyiblər.

“Bank rəhbər şəxsi deyir ki, biz sizə yeni qrafik açaq cərimələri ödəməyin. Bu nə cavabdır, hansı qanuna, hansı məntiqə sığır bu cavab?”

Bəzi ekspertlər isə hesab edir ki, vətəndaşların kütləvi şəkildə kapitalbankda soyğunçuluğa məruz qalmasında bankın da rolu mümkündür.

“Görünür, bank əməkdaşları kibercinayətkarlarla birbaşa əlaqədədir” deyə adının çəkilməsini istəməyən ekspert bildirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri