Icma.az
close
up
RU
Bankalanmaq faydalıdır, ziyanlı? Həkim izah edir

Bankalanmaq faydalıdır, ziyanlı? Həkim izah edir

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda ən geniş yayılmış türkəçarə üsullardan biri bankalanmaqdır.

Ta qədimdən soyuqdəymə, əzələ, bel ağrıları zamanı müalicə vasitəsi kimi bankadan istifadə olunur.

E-tibb.az bildirir ki, bu üsula daha çox yaşlı və orta nəslin nümayəndələri üstünlük versə də, azyaşlı uşaqlarına banka qoymaqdan çəkinməyən valideynlər də az deyil. Hətta belə bir inanc da var ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Bəs banka qoymaq həqiqətənmi sağlamlığa düşünüldüyü qədər xeyirdir? Bunun nə kimi fəsadları ola bilər? Azyaşlı uşaqlara banka qoymaq olar, ya yox?

Terapevt, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva deyir ki, banka qoymağın sağlamlığa hər hansı faydası müasir tibdə təsdiqini tapmayıb: "Buna yayındırıcı terapiya deyirlər. Sovet dövründən qalma üsuldur. Müasir təbabət bu cür üsulların heç birini qəbul etmir deyə biz də xəstələrə məsləhət görmürük. Əvvəllər deyirdilər, bankalanmaq yerli qan dövranını yaxşılaşdırır, patoloji prosesdən irəli gələn impulslar azalır və orda sağalma daha yaxşı gedir, ağrılar azalır, iltihabi proses sorulur. Amma bunların heç biri tibdə təsdiqini tapmayıb, müasir həkimlər bankanın bu faydalarını təsdiqləmir. Yəni bankalanmaq daxildə gedən patoloji prosesə təsir göstərmir".

Banka qoyulduqdan sonra yerinin çərtilməsinin hansısa faydasının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirən terapevt bunu belə izah edir: "Banka qoyanda onun içərisində bir vakuum yaranır. Yəni təzyiqlər fərqi yaranır, dərini içinə doğru çəkir və həmin nahiyəyə qan yığılır. Ona görə də çərtib təmizləyirlər. Sanki hansısa xəstəlik törədici qanı çirkləndirir və həmin üsulla onu çıxarırlar. Amma elmi baxımdan çirklənmiş qan anlayışı yoxdur. Çərtmə ümumiyyətlə, düzgün yanaşma deyil. Bu, hematomadır, toxumaya yığılan qandır, öz-özünə sorulub gedəcək. Çərtməklə ordan qanı çıxarmaq olmur. Üstəlik, çərtilən yerə infeksiya düşmə ehtimalı var. Bundan başqa, banka düzgün qoyulmadıqda dərini zədələyə, yerli yanıqlar ola bilər".

Həkim onu da vurğulayıb ki, ürək və təzyiq xəstələrinə bankalanmaq qətiyyən olmaz: "Elə bil oğurluq qanı banka olan nahiyəyə daha çox gətirir, patoloji orqan olan nahiyədə isə qan azlığı yaradır. Banka təzyiq də yaradır. Ona görə də kardioloji problem olanlar qətiyyən banka qoydurmamalıdırlar. Bu, onların vəziyyətini ağırlaşdıra, hətta infarkta belə, səbəb ola bilər. Ona görə də biz bankanı göstəriş kimi təyin etmirik, onun əleyhinəyik. Çünki onun əlavə təsirləri xeyrindən çoxdur".

O ki qaldı uşaqların bankalanmasına, pediatr Günay Rəsulova bunu məqbul hesab etmir. Onun sözlərinə görə, bankalanmaq, ilk növbədə, uşaq üçün böyük bir stresdir: "Təsəvvür edin ki, uşağın belinə yanan, yandıran nəsə qoyulur. Bu, uşaqda necə bir qorxu yarada bilər. Təəssüf ki, valideynlər məsələnin bu tərəfinə çox vaxt diqqət yetirmirlər. Halbuki uşaqları bu cür stress yaradan müdaxilələrdən maksimum şəkildə uzaq tutmaq lazımdır. İkincisi, banka onurğa sümüyü ilə kürək sümüyünün arasındakı əzələnin üstünə qoyula bilər. Amma buna çoxları riayət etmir, sümüyün üstünə də banka qoyurlar. Bu da yanlışdır. Üçüncüsü, qanında problem olan uşaqlar üçün olduqca təhlükəli müdaxilədir. Daxilə qanama verə bilər".

G.Rəsulova bankalanmağın heç bir müalicəvi tərəfi olmadığını qeyd edir. Üstəlik, fəsadlar da verə bilər: "Çox vaxt görürük ki, öskürəyi olan uşağa banka qoyurlar. Uşağın ciyərində problem varsa, banka onda ciddi ağırlaşmaya səbəb ola, xəstəliyi daha da ağırlaşdıra bilər. Banka bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq qüvvəyə malik deyil. Soyuqdəymənin kəskin vaxtı, yəni hərarətin yüksək vaxtı da banka qoymaq olmaz. O cümlədən bronxial astması, dərisində problem, allergik narahatlığı olan uşaqlara da qadağandır. Ümumiyyətlə, mən bir həkim olaraq uşaqları bankalamağı məsləhət görmürəm".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri