Putin Si və Putinlə bunu müzakirə edəcək
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
“ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşündə İran məsələsini müzakirəyə çıxarmaq niyyətindədir”.
Modern.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Vaşinqton Ukrayna məsələsi ilə bağlı tamamilə fərqli danışıqlar prosesi aparır və Pekin bu prosesdə faktiki olaraq iştirak etmir.
Buna görə də həmin görüşdə Ukrayna məsələsinin müzakirəsi məqsədəuyğun hesab edilmir.
Qeyd edək ki, noyabrın 13-də “New York Post” qəzeti Ağ Evdəki mənbəyə istinadən Putin, Tramp və Si Cinpin arasında görüşün sentyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçiriləcəyini yazmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Noyabr 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















