Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Bankda əmanəti olanların diqqətinə: Yeni ildən bu qaydalar dəyişir

Bankda əmanəti olanların diqqətinə: Yeni ildən bu qaydalar dəyişir

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Gələn ildən etibarən "Vergi Məcəlləsində" bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü, həmçinin bir sıra güzəştlərin müddəti başa çatır".
Turkustan.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
O bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması da planlaşdırılır. Bununla belə, "Vergi Məcəlləsi"nin 102.1.22-4 maddəsi üzrə güzəşt müddəti növbəti ildən başa çatır.
"Paketdə bu güzəşt müddətinin artırılması nəzərdə tutulmayıb. Mövcud qanunvericiliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi və eləcə də milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə, hesablanan faiz gəlirlərinin tam hissəsi gəlir vergisindən azaddır. Bu o deməkdir ki, növbəti ildən bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatdan çox olan hissəsi üzrə gəlir vergisinə cəlb olunacaq.
Deməli, 2026-cı ildə bankda 18 ay və daha çox müddətə yerləşdirilən əmanətlər üzrə aylıq faizi gəliri 200 manatdan çox olduğu halda, o gəlirlər növbəti ildən vergiyə cəlb ediləcək. Məsələn, hazırda bankda olan əmanətin aylıq gəliri 500 manatdırsa, yeni ildən etibarən onun 300 manatına gəlir vergisi tətbiq olunacaq" - deyə, deputat qeyd edib.
Millət vəkili güzəştlərin həm vətəndaşlarımızın gəlirlərinin reallığı, həm da banklarda əmanətlərin strukturunun dəyişdirilməsi baxımdan vacib olduğunu bildirib.
"Hazırda, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 76.4 faizi və ya 41.8 milyard manat. Depozit portfelinin 57.4%-i hüquqi şəxslərin, 42.6%-i isə fiziki şəxslərin əmanətidir.
Fiziki şəxslərin əmanət portfelinin 64.7 faizi müddətli əmanətlərdən ibarətdir. Güzəştlər tətbiq olunandan bəri isə unikal əmanətçilərin sayı 106.7 mindən 226.1 minədək yüksəlib. Unikal müddətli əmanətçi sayı ilin əvvəlindən 16.4% artıb. Göründüyü kimi, üç il öncə qəbul edilən güzəştlər bank sektorunda kreditlərin strukturunu əhəmiyyətli dərəcədə dəyişib. Təbii ki, burada digər faktorlar, o cümlədən Mərkəzi Bank tərəfindən aparılan sağlamlaşdırma tədbirləri və islahatların dərinləşməsi xüsusi təsirlərə malikdir.
Bununla yanaşı, 2030-cu il üçün hədəf biznes kreditlərin payını daha artırmaqdır. Bunun üçün bankların uzunmüddətli depozitlərə ehtiyacı var. Bu həmçinin M0 aqreqatının payının azaldılmasına görə vacibdir. Bu baxımdan, vergi güzəştləri qısamüddətli fiskal gəlirdən daha çox uzunmüddətli iqtisadi gəlirə hesablanmalıdır. Digər tərəfdən, bu güzəştlərin uzadılmasının iqtisadi səmərəsi fiskal effektindən daha çoxdur. Çünki, hər milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz divident və onun da 10 faiz gəlir vergisinə cəlbini nəzərə alsaq bu dəyişikliklər strateji məqsədlərə xidmət etməlidir.
Bunun üçün, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlərin də daha 3 il müddətində gəlir vergisindən azad edilməsi məqsədəuyğun olardı. Yəni, əmanətlər ilə bağlı vergi güzəştlərin müddətinin gələn ildən etibarən daha 3 ilədək uzadılması arzuolunandır. Bu təklifi komitə iclasında da təqdim etmişik. Güzəşt müddətinin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasət ilə daha yaxından dəstəklənməsi və eləcə də depozit portfelində uzunmüddətli öhdəliklərin payının artırılması baxımdan da vacibdir" - deyə, o vurğulayıb. /pravda.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Noyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see280

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see262

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see256

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see248

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see240

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see237

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see232

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see231

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see231

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see224

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see220

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see217

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see217

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see214

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see206

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see203

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see198

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see196

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri