Icma.az
close
up
RU
Banklar ifşa edildi 2 il ödəyirsən, amma...

Banklar ifşa edildi 2 il ödəyirsən, amma...

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

"Hazırda kredit müqavilələrinin çoxunda belə mənzərə müşahidə olunur - müştəri hər ay müəyyən miqdar kredit ödəyir, lakin iki il sonra da əsas borc demək olar ki, ciddi dəyişmir. Çünki ilkin mərhələdə ödəmələrin böyük hissəsi faizlərə yönəlir". Bu barədə iqtisadçı Eldəniz Əmirov öz sosial media hesabında qeyd edib.

İqtisadçı bildirib ki, tətbiq edilən bu kredit ödənişi üsulunun adı "Annuitet metod"dur:

"Bu metod banklar tərəfindən ən çox istifadə edilən gəlir optimallşdırma alətidir. Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, aylıq ödənişlər sabit olur, lakin bu sabit məbləğin içində faizin və əsas borcun payı zamanla dəyişir. İlk aylarda bu sabit məbləğin çox böyük hissəsi faiz olur, əsas borc isə minimal miqdarda azalır.

Zaman keçdikcə faiz yükü azalır, əsas borcun payı artır. Səbəb sadədir: faiz kreditin qalıq məbləği üzərindən hesablanır və kreditin əvvəlində bu məbləğ ən yüksək həddə olur. Məsələn, 5 illik kreditin ilk 18 ayında ümumi ödənişlərin 60–70%-i faizlərə gedə bilər.

Bu, bankların sevimli metodudur. Çünki bankın riskini başlanğıcda minimuma endirir. Müştəri kreditin ilk illərində əsas borcu az, faizi isə yüksək ödədiyi üçün bank ilkin dövrdə maksimum gəlir əldə edir. Kredit vaxtından əvvəl bağlansa belə, bank artıq əsas gəliri yığmış olur. Beləliklə, gecikmə və ya defolt riski yarananda belə, bank artıq faiz payını çıxarmış olur.

Bəs müştəriyə təqdim etmək üçün alternativ metodlar mövcuddurmu?

Bəli!

Ən çox alternativ metod kimi istifadə edilə bilən, amma bank üçün əlverişli olmayan metod differensial metoddur. Bu metodda əsas borc aylar üzrə bərabər hissələrə bölünür. Faiz isə qalan əsas məbləğə tətbiq olunur. Buna görə də əvvəlki aylarda ümumi ödənişlər yüksək olur, sonra azalır.

Bu metodda ilk aylar yük çox olsa da, müştəri ümumilikdə daha az faiz ödəyir, bank isə gəlirini tədricən əldə etdiyi üçün qısamüddətli qazanc imkanlarını itirir. Məhz bu səbəblə differensial metod Azərbaycanda və digər inkişaf edən ölkələrdə nadir hallarda təklif olunur. Yəni bu, sadəcə bizim bankların yanaşması deyil. ABŞ, Türkiyə, Gürcüstan və s. kimi ölkələrdə çox geniş yayılıb. Amma Rusiyada differensial metod da geniş yayılıb.

Hesab edirəm ki, müştəriyə seçim imkanının verilməsi daha ədalətli olardı. Yəni kredit müqaviləsi imzalanmadan əvvəl həm annuitet, həm differensial metodla hazırlanmış ödəniş cədvəlləri müştəriyə təqdim olunmalı, aralarındakı fərq izah edilməlidir. Hətta annuitet metodla aparılan ödənişlərdə belə, kreditin erkən bağlanması zamanı müştəriyə güzəşt tətbiq edilməlidir".

Bakupost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 May 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see338

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see169

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see151

Bakıda güclü partlayış baş verib VİDEO

26 İyun 2025 23:26see140

Ukrayna dronları Rusiya S 400 nü belə məhv etdi Video

26 İyun 2025 23:07see136

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see127

Ulduzlar bu 5 bürcə yeni həyat vəd edir: bəxtəvərlər siyahısında kimlər var?

26 İyun 2025 18:49see125

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see120

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

26 İyun 2025 20:37see119

Bir həftədir xəbər yoxdur, Xamenei haradadır? Yaxın adamı danışdı

26 İyun 2025 13:59see116

Yevlaxda TIR daş yüklü avtomobilə çırpılıb FOTO

26 İyun 2025 01:53see115

Rep oxuduğuma görə qarğış edirlər Alim Qasımov

26 İyun 2025 19:36see115

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27 İyun 2025 07:26see114

Mərkəzi Afrikada məktəbdə transformator partlayıb, 29 nəfər ölüb

26 İyun 2025 19:36see113

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi Ankarada geniş qeyd olunub

26 İyun 2025 19:45see113

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see113

Dünyanın ən dərin barı açılacaq 164 milyon dollar xərclənəcək

26 İyun 2025 23:18see112

Elza Seyidcahanın metroda çıxışı müzakirə mövzusu oldu RƏY

26 İyun 2025 15:54see112

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see111

Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib

26 İyun 2025 20:37see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri