Icma.az
close
up
RU
İrana hücumu mətbuata kim sızdırıb?

İrana hücumu mətbuata kim sızdırıb?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pentaqonun kəşfiyyat bölməsi olan Müdafiə Kəşfiyyat Agentliyi tərəfindən hazırlanan və ölkənin İrana qarşı həyata keçirdiyi hava hücumları ilə bağlı ilkin hesabatın mediaya sızdırılması ilə əlaqədar araşdırma başladılıb. 

Bunu  ABŞ-nin müdafiə naziri Pit Heqset açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Heqset bu barədə NATO Zirvəsində iştirak etmək üçün səfərdə olduğu Haaqada jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hava hücumlarının bu ölkənin nüvə imkanlarını tamamilə sıradan çıxardığını yenidən vurğulayan nazir “çox məxfi” kimi dəyərləndirilən hesabatın sızdırılması ilə bağlı yayılan xəbərlərin “siyasi məqsəd daşıdığını” iddia edib.

Heqset "Bu məsələ ilə bağlı hazırda Federal Təhqiqat Bürosu (FTB) ilə birgə araşdırma aparırıq. Həmin hesabat yalnız daxili istifadə üçün nəzərdə tutulmuşdu. CNN və digər media qurumları isə bu məlumatlardan Prezidentimizi gözdən salmaq üçün istifadə etdilər", – deyib.

Prezident Donald Trampın da iştirak etdiyi mətbuat konfransında çıxış edən Heqset hava hücumlarının hədəfləri dəqiqliklə vurduğunu və gözlənilən dağıdıcı təsiri yaratdığını bildirib:“Bunu İran da çox gözəl bilir".
O, yenidən hesabatı yayımlayan mediaya sərt tənqidlər ünvanlayıb:

“Fordoda baş verənləri düzgün dəyərləndirmək istəyirsinizsə, böyük bir kürək götürüb dərindən qazmalısınız. Çünki İranın nüvə proqramı tamamilə məhv edilib".

Ağ Evin mətbuat katibi Karolin Leavitt də jurnalistlərə açıqlamasında hesabatı ilk dəfə yayımlayan CNN və “New York Time”s-ın Trampa və ordu nümayəndələrinə qarşı “iyrənc bir iş gördüyünü” deyib. Məlumatı sızdıran  şəxsin müəyyənləşdiriləcəyi təqdirdə həbs ediləcək.

Qeyd edək ki, CNN-in ilk olaraq gündəmə gətirdiyi Pentaqonun ilkin kəşfiyyat qiymətləndirməsində ABŞ-nin həftəsonu İranın üç nüvə obyektinə təşkil etdiyi hava hücumlarının  nüvə proqramının əsas infrastrukturunu tamamilə məhv etmədiyi, sadəcə bir neçə aylıq geriyə apardığı qeyd olunub.

 Prezident Donald Tramp 21 iyun tarixində bəyan edib ki, ABŞ-yə məxsus B-2 bombardmançı təyyarələri İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərini hədəf alaraq hava hücumu həyata keçirib. Tramp bu hücumların İranın uran zənginləşdirmə obyektlərini “tamamilə və kökündən məhv etdiyini” iddia edib.

Əfsanə 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyun 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri