Icma.az
close
up
RU
Banklar SMS xidmətlərində qiyməti KƏSKİN ARTIRDI YENİ TARİFLƏR

Banklar SMS xidmətlərində qiyməti KƏSKİN ARTIRDI YENİ TARİFLƏR

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bank müştəri münasibətlərində onlayn əlaqə mühüm yer tutur. Amma bəzi hallarda bankların qiymət siyasəti müştərilərin narazılığına səbəb olur. Məsələn, son il yarımda, yəni 2023-cü ilin noyabrından 2025-ci ilin fevralına qədər keçən dövrdə bəzi banklar SMS xidmətlərinin qiymətini kəskin artırıb.
Belə ki, «Kapital Bank»da 2023-cü ilin noyabrında 1 AZN olan SMS xidmətinin aylıq ödənişi 3 AZN-ə yüksəlib. Eyni tendensiya «Unibank»da da müşahidə edilir – burada da xidmət haqqı 1 AZN-dən 3 AZN-ə qaldırılıb. «Expressbank» müştəriləri isə əvvəl 0,90 AZN ödədikləri xidmətə indi 2,50 AZN verməli olacaqlar.
Digər banklarda da qiymət artımları qeydə alınıb. «Ziraat Bank Azərbaycan»da tarif 2 AZN-dən 3 AZN-ə, «AFB Bank»da isə 0.95 AZN-dən 1 AZN-ə yüksəlib.
«Premium Bank» isə daha fərqli bir yanaşma tətbiq edərək aylıq 0.90 AZN (illik 10,8 AZN) olan ödənişi ləğv edib və indi bu xidməti illik 20 AZN-ə təklif edir. “Bank BTB”-də isə qiymət 1,30 AZN-dən 5 AZN-ə kimi artıb.
«Bank Respublika» bütün kartlar üçün aylıq 2 AZN, «Bank of Baku»da 5 AZN olan xidmət haqqı dəyişdirilib. 
Bəzi banklar isə digər rəqiblərinə nisbətən səxavətli davranıb və qiyməti dəyişdirməyib. «Azərbaycan Beynəlxalq Bankı (ABB)»,  «Turan Bank», «Bank Avrasiya», «Azərbaycan Sənaye Bankı» və «Paşa Bank» bu siyahıya daxildir.
Bəs, SMS xidmətlərinin qiymətinin bahalaşmasına səbəb nədir?
Sual aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, banklar tərəfindən SMS xidmətlərinin qiymətlərinin artmasına səbəb mobil operatorların qiymət siyasəti ola bilər:
 

“SMS xidmətlərinin qiymətlərinin artması banklarla mobil operatorlar arasında olan münasibətlərdən doğur. Operatorlar qiyməti qaldıranda banklar da bu yükü daha çox müştərinin üzərinə yönləndirirlər. Bütün hallarda SMS xidmətlərinin qiymətinin artması mobil operatorlarla bağlı məsələdir. Bununla bəzi banklar öz daxili resursları hesabına SMS xidmətlərinin qiymət artımına getməyib. Amma əksər banklar artıma gedib”.


Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına sorğu ünvanladıq. Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Mart 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri