Icma.az
close
up
RU
Banklar tərəfindən kreditlərlə bağlı məcburi sığortalanma tələbi müəyyən OLUNA BİLƏR?

Banklar tərəfindən kreditlərlə bağlı məcburi sığortalanma tələbi müəyyən OLUNA BİLƏR?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi banklar müştərinin kartından, işsiz qalması halında kredit öhdəliyini qarşılamaq məqsədilə əlavə sığorta ödənişləri və s. xidmət haqları tutur. Bu barədə məlumatlar bankların saytında yerləşdirilir. Məsələn, “Kapital Bank”ın saytına nəzər salsaq, görə bilərik ki, bütün sığorta məhsulları barəsində və onların könüllü olması ilə bağlı saytda məlumat yerləşdirilib.
Bəs Azərbaycan qanunvericiliyinə görə, hər bir əlavə xidmət müştərilərin razılığı olmadan aparıla bilərmi? Bunu istehlakçı hüquqlarının pozulması hesab etmək olarmı? 
Ekspertlərin sözlərinə görə, bankların əsas missiyası şəffaflıq, etibar və təhlükəsiz xidmətdir. 
Bu xidmətlər yalnız könüllü razılıqla olmur. 940 nömrəli Fərmanla təsdiq olunan Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına görə borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır. 
Əlavə olaraq, Mərkəzi Bankın 46/4 nömrəli Qərarı ilə təsdiq olunan Banklarda kredit risklərinin idarə edilməsi Qaydasına əsasən kredit risklərinin idarə edilməsi siyasətində kreditin verilməsi üzrə məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif edir.
Göründüyü kimi bankların kredit risklərinin idarə edilməsi siyasətində məcburi sığortalanma tələbi müəyyən oluna bilər.
Qeyd edək ki, banklar tərəfindən əlavə xidmətin ödənişinin müştərinin açıq və aydın razılığı olmadan tutulmamalı olduğu kimi fikirlər də mövcuddur. Bu isə "Mülki Məcəllənin 422 və 423-cü maddələri, həmçinin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsi ilə əsaslandırılır. 
Lakin Mülki Məcəllənin istinad olunan normaları şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi maddələridir. Həmin maddələrdə müqavilə şərtlərinin müştəriyə bildirilməsi ilə bağlı müddəaya yer verilmir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 10-cu maddəsində də sözügedən məsələyə toxunulmur.
"İşsizlik sığortası”, "dələduzluq sığortası” və digər əlavə xidmətlər yalnız müştərinin yazılı və ya elektron təsdiqi ilə aktivləşdirilə bilər. Razılıq yoxdursa, tutulmuş məbləğ hüquqi qüvvə daşımır və bu, istehlakçı hüquqlarının pozulmasıdır.
Üstəlik, Azərbaycan qanunvericiliyində vətəndaşın hüquqları çox açıq şəkildə qorunur: 
"Bunun üçün banklar tərəfindən ödəniş razılıqsız tutulubsa, müştəri:
- Bankdan yazılı izahat tələb edə və vəsaitin geri qaytarılmasını istəyə bilər
- Cavab qane etməzsə – Azərbaycan Mərkəzi Bankına şikayət verə bilər
- Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər
- Son mərhələ olaraq – məhkəmə qaydasında mübahisə edilə bilər.
Çünki bu, artıq istehlakçı hüquqlarının pozulması faktı kimi qiymətləndirilir. 
Bank xidmətləri üzrə şərtlər və tariflərdə dəyişikliklərin ən azı 30 gün əvvəl müştəriyə rəsmi kanallarla çatdırılması tələbi yalnız ödəniş xidmətləri ilə əlaqədar mövcuddur. Mülki Məcəllənin tələblərinə görə istehlak kredit müqavilələrində Borcverənin istehlak krediti müqaviləsinin hər hansı şərtini birtərəfli qaydada dəyişdirə bilməsi barədə kredit müqaviləsinin müddəası etibarsızdır.
Ancaq ən əsas norma budur ki, müştəri kartı sifariş etməzdən və müqaviləni imzalamazdan əvvəl bütün xidmətlər barədə tam məlumatlandırılmalıdır.  
Sözügedən ödənişin aylıq və ya illik olması məsələsi isə banklara görə dəyişir.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri