Icma.az
close
up
RU
Banklar üçün cəlbedici sektor...

Banklar üçün cəlbedici sektor...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qiymətli kağızlar bazarında əməliyyatların sayı 2 dəfədən çox böyüyüb

2025-ci ilin birinci rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 17 milyard 896,9 milyon manatlıq əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Mərkəzi Bankın (MB) məlumatına görə, əməliyyatın 640,7 milyon manatlıq hissəsi ilkin bazarda, qalan 17,2 milyard manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Hesabat dövründə qiymətli kağızlar bazarında 7708 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. Yanvar-mart aylarında qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 228,1 milyon manatlıq hissəsi və yaxud 1,3 faizi dövlət qiymətli kağızlarının, 957,6 milyon manatlıq hissəsi və yaxud 5,4 faizi korporativ qiymətli kağızların, 16 milyard 711,2 milyon manatlıq hissəsi və yaxud 93,3 faizi isə repo əməliyyatlarının payına düşüb.

Yatırımlarda liderlik edən banklar...

Ölkə banklarının ticarət və investisiya qiymətli kağızlarına yatırımlarının dinamikasında da son bir ildə artım qeydə alınıb. Son üç ayda qiymətli kağızlara ən çox yatırım edən bankların sırasında Beynəlxalq Bank (BB) liderlik edir. Bank tərəfindən ticarət və qiymətli kağızlara yatırımlar 3 milyard 339,1 milyon manat olub. BB-dən sonra ən yüksək göstərici 3 milyard 81,4 milyon manatla “Kapital Bank”a məxsusdur. “Paşa Bank”ın qiymətli kağızlara yatırımları isə 2 milyard 171,6 milyon manatı ötüb. “Xalq Bank” 285,5 milyon manatla 4-cü, “Azər Türk Bank” isə 205,5 milyon manatla 5-ci yerdə qərarlaşır. Sonrakı yerdə dayanan “Rabitəbank”ın ticarət və investisiya qiymətli kağızlarına yatırımları 110,1 milyon manata bərabər olub.

Digər ortagəlirli portfelə malik banklardan “Bank of Baku” da aktivlik nümayiş etdirib, bankın qiymətli kağızlara yatırımlarında 71,9 faiz və ya 31,9 milyon manat artım baş verib. “Azər Türk Bank” 46,7 faiz, “Turan?ank” 40,5  faiz, “Paşa Bank” 17,4 faiz, “Yelo Bank” 11,3 faiz artıma nail olub. “AFB Bank”, “Premium Bank” və “Bank Avrasiya”nın qiymətli kağızlara yatırımları ötən ilin ilk rübündə kimi eyni səviyyədə olub. “Azərbaycan Sənaye Bankı” və “Bank Melli İran”ın isə qiymətli kağızlara yatırımları olmayıb.

Faiz gəliri əldə etməyənlər...

Ümumiyyətlə, son illərdə qiymətli kağızlar bazarı banklar üçün cəlbedici sektora çevrilib və davamlı investisiya qoyuluşları müşahidə edilir. Bu bazar həm də bank institutlarının dividentlərinin artımında da mühüm rol oynayır.

2024-cü ildə bank sektorunda qiymətli kağızlardan əldə olunan faiz gəlirlərinin kifayət qədər qənaətbəxş olması bir çox bankın gəlirliliyini artırıb.  Məsələn, ötən il Beynəlxalq Bank bu bazardan 140,6 milyon manat qazanaraq ümumi gəlirlərin 11 faizini bu sahədən formalaşdırıb. “Paşa Bank” isə 126,5 milyon manatlıq faiz gəliri əldə edib. Bu, həmin bankın ümumi gəlirlərində 17 faizlik pay deməkdir. Üçüncü yerdə qərarlaşan “Kapital Bank” 85,1 milyon manatlıq gəlir əldə edib, bu isə ümumi gəlirlərdə 6 faizlik pay deməkdir. Qiymətli kağızlar bazarında ən az faiz gəliri qazanan banklar arasında “Bank Avrasiya”, “Yelo Bank” və “Premium Bank” dayanır. Bəzi banklar isə qiymətli kağızlardan ümumiyyətlə heç bir faiz gəliri əldə etməyib. Onların sırasında “Azərbaycan Sənaye Bankı”, “Bank BTB” və “Melli İran Bankı” dayanır. Bu banklar üçün qiymətli kağızlar investisiya mənbəyi kimi cəlbedici görünmür. Ümumilikdə, bank sektoru ötən il qiymətli kağızlar bazarından 430,2 milyon manatlıq faiz gəliri əldə edib ki, bu rəqəm ümumi gəlirlərin 7 faizi deməkdir.

Sığorta təşkilatlarının da investisiyaları artır

Banklarla yanaşı, sığorta təşkilatlarının da dövlət qiymətli kağızlarına investisiyalarında artım müşahidə edilib. İlk sırada dayanan “PAŞA Həyat Sığorta”nın investisiyaları 517 milyon 205 min manata bərabər olub.

Azərbaycanın qiymətli kağızlar bazarının müasir gündəliyində qlobal səhmdarlarla və investorlarla əlaqələrin artırılması, yeni maliyyə alətlərinin, ələlxüsus da “yaşıl səhm və istiqrazlar”ın bu bazara gətirilməsi dayanır. Bu məqsədlə Mərkəzi Bank beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılışı qaydalarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib.

Mərkəzi Bankın “yaşıl taksonomiya” platformasında da yeni səhm alətlərinə üstünlük verilməsi nəzərdə tutulub. Hazırda pilot layihə kimi  yerli bank təşkilatlarımız “yaşıl istiqrazlar” emissiya edir. “Rabitəbank” ASC tədavül müddəti 2 il və illik faiz dərəcəsi 9,5 faiz olmaqla ümumi dəyəri 10 milyon manat olan istiqrazlar buraxıb. Eləcə də “Unibank” ASC tədavül müddəti 36 ay, illik faiz dərəcəsi 11,5 faiz olan 20 milyon manatlıq istiqrazlar yerləşdirib. SOCAR “SOCAR Green” layihələrinə dəstək məqsədilə “yaşıl istiqrazlar”ın buraxılışını təmin edib, nominal dəyəri 1000 dollar olan istiqrazların illik gəlirliliyi 6 faiz, emissiyanın ümumi həcmi 200 milyon dollar, tədavül müddəti isə 5 ildir.

Xarici maliyyə institutlarını bu bazara gətirmək isə əsas prioritetlərdıən biridir. Azərbaycan bu məqsədlə Avropa İnvestisiya Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq qurub.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri