Icma.az
close
up
RU
Banklardan əlini üzənlər buradan kredit götürür Bəs BOKT lar sərfəlidir?

Banklardan əlini üzənlər buradan kredit götürür Bəs BOKT lar sərfəlidir?

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, ötən il Azərbaycan Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətini tənzimləyən yeni qaydalar qəbul edilib. Əsasən qısamüddətli və kiçik məbləğli gündəlik istehlak kreditlərinə şamil olunan bu qaydalarda ilk dəfə “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, yeni qaydalara əsasən, gündəlik kredit məhsullarının parametrləri də dəyişib. Belə ki, artıq kredit məbləği 500 AZN-dək olmalıdır. Bu zaman gündəlik faiz 0.3%-dən çox olmayaraq, maksimum 45 gün üçün nəzərdə tutulur. Gecikmə faizi (maksimum 30 günə qədər) isə gündəlik 0.6%-dir. 

Komissiya haqlarında məhdudiyyət olmasa da, ümumi gəlir məbləğin 100%-ni keçə bilməz. Kreditin uzadılması mümkün deyil, bağlandıqdan 3 iş günü sonra yenidən müraciət etmək mümkündür.

Bu riskli bazarda kimlər var? 

Təbii ki, BOKT-ların maliyyə imkanları banklarla müqayisədə məhduddur. Banklar geniş maliyyə imkanları sayəsində nisbətən aşağı faizlə kredit verə bilirlər. Lakin bankların imtina etdiyi şəxslər ən çox BOKT-lara müraciət etməyə məcbur olurlar. Hazırda sözügedən bazarda ən iri iki payçı “Azpulmat” ticarət markası adı altında “Azpul” MMC və “SF Azerbaijan BOKT” MMC ticarət markası adı altında “Manato”dur.  

Lisenziyanı ilk alaraq bazara daxil olan təşkilat “Azpul”dur. MMC Mərkəzi Bank tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli BKT-34 lisenziyası əsasında fəaliyyət göstərir. Burada kredit məbləği 20-500 AZN arasında dəyişir. İlk 5 gün faiz hesablanmamaq şərti ilə 45 günlük müddətə gündəlik 0.3% faiz hesablanır. 

Maksimum 30 gün yubanma ilə, gecikmə faizi 0.6%-dən hesablanır. Qaydalarda qeyd edildiyi kimi, uzadılma imkanı olmayan kredit üçün yalnız o bağlandıqdan 3 iş günü sonra yenidən müraciət etmək mümkündür.

24.12.2021 tarixli, BKT-44 saylı lisenziya əsasında fəaliyyət göstərən Manato.az-da isə kredit 50 manatdan başlayır. Belə ki, 50-500 AZN arası məbləğ üçün müddət burada da 45 gündür. İlk gündən hesablanmağa başlayan gündəlik faiz 0.3-dür. Maksimum 30 gün gözlənti ilə bu şirkətdə də gecikmə 0.6%-lə hesablanır. Uzadılma imkanı yoxdur, yeni kredit üçün yalnız o bağlandıqdan 3 iş günü sonra müraciət edə bilərsiniz. 

Bəs vətəndaşlar üçün hansı daha sərfəlidir? 

Gəlin 100 AZN kredit üzrə fərqlərə baxaq:

Götürülən pul üzrə ödənişin 45-ci günü “Azpulmat”da 42%, 35-ci günü 34%, 25-ci günü 26%, 15-ci gün isə 18% hesablanır. 

Manato.az-da isə eyni məbləğ üzrə ödənişin 45-ci günü 41%, 35-ci günü 38%, 25-ci gün 35%, 15-ci gün isə 32% hesablanır. 

Adıçəkilən BOKT-lar arasında başqa fərqlər də var: “Azpulmat” həm veb-sayt, həm də Android/İOS mobil tətbiqləri vasitəsilə kredit təqdim edir. Müqavilənin imzalanması SİMA vasitəsilə tətbiqdə birbaşa həyata keçirilir. 

Manato.az isə yalnız veb-sayt üzərindən xidmət göstərir və bu halda istifadəçi SİMA-ya ayrıca qeydiyyatdan keçməlidir. 

Sadalananlardan belə nəticəyə gəlmək olar ki, əgər müştəri krediti tam 45-ci gün ödəyirsə, şərtlər təxminən eynidir. Lakin daha tez ödəniş edən müştərilər üçün “Azpulmat” müştərisi olmaq daha sərfəlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri