Icma.az
close
up
RU
Banklardan əmanət faizləri ilə bağlı QƏRAR Bundan sonra...

Banklardan əmanət faizləri ilə bağlı QƏRAR Bundan sonra...

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankından açıqlanan məlumatlara görə, ötən il Vergi Məcəlləsinə depozit gəlirləri ilə bağlı edilmiş vergi güzəştləri milli valyutada kiçikhəcmli əmanətlərin artımına səbəb olub. Belə ki, milli valyutada 30 min manatadək əmanəti olanların sayı 9 ayda 36 faiz artıb. Bir ildən yuxarı milli valyutada əmanətlərin payı 48,8 faizdən 56 faizə yüksəlib.

Nəhayət, 2024-cü ilin ilk 9 ayında əhalinin banklarda əmanətləri 10 faiz artaraq 13,8 milyard manatı keçib. Bu göstərici tarixdə ən yüksək həddə çatıb.

Mərkəzi Bankın statistikasına əsasən oktyabrın 31-nə bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edir: depozitlər cəmi öhdəliklərin 79.5 faizi və ya 34 milyard 373.9 milyon manatını təşkil edib. Depozit portfelinin 59.4 faizi (20,404.3 milyon manat) hüquqi şəxslərin, 40.6 faizi (13,969.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 66 faizi (9 milyard 216.4 milyon manat) milli valyutada, 34 faizi (4,753.1 milyon manat) xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 59.5 faizi (8 milyard 314.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 0.9 faiz və ya 72 milyon manat artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 14 milyard 979.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.4 faizini təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.7 faiz bəndi azalaraq 33.5 faiz təşkil edib.

Əmanətlərin artımında əsas rol, şübhəsiz ki, faizlərin yüksəlməsinindir. Belə ki, xüsusilə cari ilin ikinci yarısında banklar manatla əmanət faizlərini artırıblar. Hazırda bir sıra banklar 12-13 faizlə əmanət cəlb etməyə çalışırlar. Bankların bu siyasəti nədən qaynaqlanır? Əmanət faizləri niyə artırılır və bunun hansı müsbət-mənfi təsirləri var?

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, əmanət faizlərindəki artım daha çox banklardakı likvidliyin azalmasından qaynaqlanır: “Banklararası bazarın son 2 ildə müəyyən inkişaf mərhələsinə çatması sistem əhəmiyyətli banklardan maliyyə vəsaitlərinin digər banklara axmasına və dolayısı ilə də maliyyə bazarlarına yönəldilməsinə şərait yaradıb. Depozit faizlərinin yüksəlməsinin bir müsbət tərəfi var ki, vətəndaşlar vəsaitlərini banklarda yerləşdirməyə həvəsli olurlar. Bu isə passiv yığımların banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi və pulun dövriyyə sürətinin artması multipikativ effektinin yaranmasına, eyni zamanda müəyyən sosial qrupların gəlirlərinin artmasına gətirib çıxarır. Mənfi hal budur ki, əmanət faizlərinin yüksək olması kredit faizlərinin də artmasını şərtləndirir, bu da iqtisadiyyata daraldıcı təsir göstərən amildir”. 

Ekspert bildirir ki, banklar əhalidən yüksək faizlə topladıqları vəsaitləri aşağı faizli və uzunmüddətli biznes kreditlərinə deyil, yüksək faizli və qısamüddətli istehlak kreditlərinə yönəltməklə gəlirliliyi təmin etməyə çalışırlar: “Bu səbəbdəndir ki, son vaxtlar istehlak kreditləri üzrə faizlərdə artım müşahidə olunur”. 

İqtisadçı Eldəniz Əmirova görə, kommersiya banklarının əmanət faizlərini artırmasının bir neçə səbəbi ola bilər: “Burada birincisi Mərkəzi Bankın pul siyasətindən qaynaqlanan səbəblər ola bilər. İkinci səbəb kimi inflyasiyanın sürətlənməsi çıxış edə bilər. İnflyasiya artırsa, banklar da məcburdurlar ki, əhalinin gəlirini təmin etmək üçün əmanət faizlərini qaldırsınlar. Başqa bir səbəb likvidlik məsələsidir. Nəhayət, bir səbəb də banklar arasındakı rəqabət amilidir. Düşünmürəm ki, hazırda depozit vəsaitlərinin artmasında Mərkəzi Bankın pul siyasəti əsas rol oynasın. Çünki Mərkəzi Bankın uçot dərəcəsinin depozit və kredit faizlərinə təsiri elə yüksək deyil. İnflyasiya da elə yüksək deyil ki, depozit faizləri 12-13  faizə qədər artsın. Deməli, qaldı iki səbəb: likvidlik və banklararası rəqabət. Düşünürəm ki, bu iki faktorun daha böyük təsiri var. Çünki axır illərdə banklar arasında depozit cəlbi ilə bağlı kifayət qədər açıq rəqabət olduğu görünür. Likvidliklə bağlı dəqiq nəsə demək mümkün deyil. Elə banklar var ki, likvid vəsaitləri yetərincədir, bu sahədə hansısa problemləri yoxdur. Bu halda yeganə amil o ola bilər ki, banklar likvidliyi daha da artırmağa çalışırlar”.

Qeyd edək ki, əmanət faizlərinin artması, müddətli əmanətlərin payının yüksək olması bankların depozit faizləri üzrə xərclərini artırıb. Rəsmi statistikaya əsasən bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri  725,8 milyon manat təşkil edib. Bu, illik müqayisədə 245,9 milyon manat (51,2 faiz) , aylıq müqayisə ilə 89,4 milyon manat (14 faiz) çoxdur. Bu ilin oktyabr ayının birinə bankların depozitlər üzrə faiz xərcləri 636,4 milyon manat, ötən ilin noyabrın 1-nə isə 479,9 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində bankların müddətli depozitlər üçün ödədiyi məbləğlər aylıq 75,7 milyon manat (13,8 faiz), illik isə 221,5 milyon manat (55,2 faiz) artaraq 622,9 milyon manata yüksəlib.

Cəlb edilən əmanətlərin qısamüddətli və yüksək faizli istehlak kreditlərinə yönəldilməsi bankların faiz gəlirlərində də ciddi artıma səbəb olub. Belə ki, 2024-cü ilin noyabın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 3 milyard 242 milyon manat olub.  Həmin göstərici oktyabrın 1-nə olan dövr ilə müqayisədə 358,6 milyon manat və ya 12,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 380,1 milyon manat və ya 13,3 faiz çoxdur.

2023-cü il noyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 861,9 milyon manat olmuşdu.

\\musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Noyabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri