Icma.az
close
up
RU
Düşündüm ki, gecə məni o soyundurub Otaq yoldaşını bıçaqlayan qadının CİNAYƏTİ

Düşündüm ki, gecə məni o soyundurub Otaq yoldaşını bıçaqlayan qadının CİNAYƏTİ

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il iyulun 3-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, cinayət Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 71 ünvanında yerləşən fərdi evdə baş verib. Hadisə evlərin arasında quraşdırılmış müşahidə kamera vasitəsi ilə qeydə alınıb. Sabunçu Tibb Mərkəzinə çatdırılan Fərid Hüseynzadənin həyatı xilas olunub.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da cinayəti törədən Qazax rayon sakini 2006-cı il təvəllüdlü Səbinə Vəliyeva saxlanılıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyulun 3-ü səhər saat 7 radələrində Səbinə Vəliyeva Qaraçuxur qəsəbəsində yerləşən fərdi evdə lüt vəziyyətdə yuxudan oyananda, əynindəki alt paltarının onunla birgə kirayədə qalan tanışı Fərid Hüseynzadə tərəfindən çıxarıldığını güman edib və bundan əsəbiləşərək, onu cəzalandırmaq qərarına gəlib. Şkafın üzərindən açılıb-qatlanan bıçağı götürüb həmin vaxt yatmış Fərid Hüseynzadənin ürək nahiyəsinə 2 dəfə zərbə endirib. Yuxudan oyanan Fərid aktiv müqavimət göstərib, onu özündən kənara itələyəndə, Səbinə Vəliyeva otaqdakı masada olan mətbəx bıçağını digər əlinə götürüb, yenidən onun üzərinə gedib. Fərid Hüseynzadənin qışqırıq səsini eşidən qonşusu İsmayıl Feyzullayev otağın qapısını döyüb onu çağıranda tanışı yaralı halda fürsət taparaq, çölə qaçıb. Vaxtında xəstəxanaya çatdırılıb, tibbi yardım göstərilməklə zərərçəkmişin həyatı xilas olunduğunub.

Məhkəmə iclasında Səbinə Vəliyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 18 yaşı var. Kollecdə təlim-təşkilatçılıq ixtisası üzrə oxuyub:

“Əvvəllər valideyinlərmlə Əhmədli qəsəbəsində kirayə yaşayırdım. Bir neçə ay əvvəl atamla mübahisə etdiyim üçün, evdən getdim və müxtəlif ünvanlarda qaldım. Evdən gedəndən sonra anamla əlaqə saxlayırdım. Mağazada, sonra isə kafedə işləyirdim. Yaşamağa yerim olmadığı üçün iyun ayında mağazada işləyən Tural adlı şəxs kirayə ev tapana qədər Fərid adlı tanışının yanında qala biləcəyimi söylədi. Razılaşdım. Eyni otaqda yatırdıq. İyulun 2-də tanışım İlham Orucovla Yeni Günəşli qəsəbəsində yerləşən kafedə yeyib-içəndən sonra evə gəldim. Həmin gecə Fərid də sərxoş halda evə gələrək, mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Buna etiraz edib dedim ki, səhər açılana qədər evdə qalacam və sonra birdəfəlik çıxıb gedəcəm. Bu zəmində aramızda mübahisə baş verdi. Fərid ünvanıma çox ağır söyüşlər söyərək, məni alçaltdı. Dəfələrlə ona danışığına fikir verməsini bildirdim. Ayın 3-ü saat 6-da yuxudan oyananda alt paltarımın əynimdə olmadığını gördüm və Fəridin bu hərəkətindən qəzəbləndim. Onu öldürmək qərarına gəldim. Masanın üzərindən götürdüyüm bıçağı boğazına sancmaq istəyirdim. Lakin yuxulu vəziyyətdə olan Fəridin bir qədər tərpəndiyini görüb dərhal sinəsinə ardıcıl zərbələr endirdim. Fərid qışqıraraq, qapını açıb həyətə qaçdı. Arxasınca bayıra çıxanda, qonşular gördü. Buna görə onu təqib etməyərək, içəri keçdim. Sonra əlimdəki bıçağı yerə ataraq, hadisə yerindən qaçdım. Həmin şəxsi öldürmək məqsədim yox idi”.

Səbinə Vəliyeva

Məhkəmədə elan olunmuş Səbinə Vəliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünüb ki, hadisə vaxtı istifadə etdiyi bıçaq onun özünə məxsus olub. Hadisə vaxtı Fərid yatmış vəziyyətdə olmayıb. Otaq qaranlıq olduğundan onun hansı nahiyyələrinə bıçaqla zərbələr vurduğunu xatırlamır. Hadisədən sonra taksi ilə əvvəl Günəşli, sonra isə Əhmədli qəsəbəsinə gedib. Bıçağı dənizə atıb. Fəridlə intim əlaqədə olmayıb.
Zərərçəkmiş Fərid Hüseynzadə ifadəsində göstərib ki, usta işləyib. Səbinə Vəliyeva ilə bir evdə təxminən 20 gün yaşayıb:

“Bir neçə dəfə qızın razılığı ilə cinsi əlaqədə olmuşuq. Sevgili deyildik, hər birimiz sərbəst öz həyatımızı yaşayırdıq. Mən başqa qızlarla görüşürdüm, Səbinə də səhər çıxıb gecə qayıdırdı. Bəzən evə gəlmirdi. İyulun 2-də dostlarımla Qaraçuxur qəsəbəsində pivə içdim, gecə saat 1 radələrində evə gəldim. Təxminən yarım saatdan sonra Səbinə də sərxoş halda evə qayıtdı. Onun harda içki içdiyini soruşmadım. Ayaq üstə güclə dayanaraq, yanımda əynində olan paltarlarını çıxarırdı. Ürəyi bulandığından hamama keçdi. Kömək etmək məqsədi ilə arxasınca gedib üzünə su vurdum. Onu danlayanda, Səbinə acıqlanaraq, məni təhqir etdi. 

Bir qədər mübahisə etdik. Saat 2 radələrində Səbinə yatdı, mən isə saat 6-ya kimi telefonda oyun oynadım. Ağrı hiss edib oyananda sinəmdən təzyiqlə axan qanı və Səbinənin əlində bıçaqla başımın üstündə dayandığını gördüm. Zərbələrin təsirindən oyanıb qızı itələyəndə, o, masanın üzərindən ikinci bıçağı da götürərək, yenə məni vurmaq istədi. Eyni həyətdə kirayədə qalan İsmayıl adlı şəxs səsə çıxıb qapımızı döyərək, nə baş verdiyini soruşdu. Güc toplayıb çölə qaçaraq, həmin oğlanın qaldığı otağa girdim. İsmayıl Təcili Tibbi yardıma və polisə məlumat verdi. Sonra məni xəstəxanaya apardılar”.

Zərərçəkmiş əlavə edib ki, açılıb-qatlanan, gümüşü rəngli bıçaq Səbinəyə məxsus olub, zərbələri həmin alətlə vurub. Hadisə vaxtı Səbinənin əynində qara rəngli idman şalvarı və köynəyi olub. Həmin gecə Səbinəni soyundurmayıb.
Şahid Rüfət Hüseynov ifadəsində göstərib ki, Səbinə Vəliyeva Qaraçuxur qəsəbəsində kafedə ofisiant işləyib:

“Aramızda hər hansı münasibət olmayıb. Çay içmək üçün növbəti dəfə kafeyə gedən zaman, obyektin müdiri Səbinənin bir nəfəri bıçaqladığını və polis əməkdaşları tərəfindən saxlanıldığını söylədi”.


Elan olunmuş şahid İsmayıl Feyzullayevin ifadəsindən görünüb ki, qonşusu Fərid sinəsindən qan axa-axa, onların evinə qaçıb və girişdə yerə yıxılıb. Səbinə onun arxasınca çıxıb, hər iki əlində bıçaq olub. Ondan “neynədiyini ?” soruşsa da, cavab verməyib. Fəridə kömək etmək üçün öz otağına keçib. Qan çox axmaması üçün onun yarasına dəsmal sıxıb. Hadisədən sonra yerdə mətbəx bıçağını görüb, lakin üzərində qan ləkələri olmayıb.
Şahid Vüsal Rəhimov bildirib ki, Əhmədli qəsəbəsində, şərab evində satıcı işləyib:

“İyulun 3-də Səbinə ilə iş yerimin yaxınlığında, parkda görüşdük. Səbinə bir yerdə qaldığı oğlanla dalaşaraq, onu söyüb qaçdığını, buna görə qalmağa yeri olmadığını dedi. Məndən qalmağa yer tapmağımı xahiş etdi. Bundan sonra çıxıb getdi. Bir neçə gün sonra dostlarımla Noxvanı çimərliyində olanda, Səbinə başqa nömrədən zəng edərək, harda olduğumu soruşdu və sonra yanıma gəldi. Bir qədər istirahət edəndən sonra dostumun maşını ilə Səbinəni aparıb Əhmədli qəsəbəsində düşürdüm. İyulun 8-də polis əməkdaşları iş yerimə gəlib qızı axtardıqlarını və onun bir evdə qaldığı oğlanı bıçaqladığını bildirdilər”. 


Prokuror təqsirləndirilən şəxsə 11 il 3 ay cəza təyin edilməsini istəyib.

Zərərçəkmiş şəxs Səbinə Vəliyeva ilə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib. Vəkil müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib. Son söz hüququndan istifadə edən Səbinə Vəliyeva əməlindən peşman olduğunu söyləyib. 
Məhkəmə nəticəyə gəlib ki, Vəliyevanın əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə düzgün tövsif edilib. Ona həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə Vəliyeva 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Yanvar 2026 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri