Icma.az
close
up
RU
Bankların Qış kampaniyaları 2024

Bankların Qış kampaniyaları 2024

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qış fəsli ilə əlaqədar ölkə bankları hər mövsüm olduğu kimi bu dəfə də sərfəli kampaniyalara start veriblər.

Banco.az həmin kampaniyaları təqdim edir. Qeyd edək ki, banklar tərəfindən yeni kampaniyalar elan olunduqda siyahıya əlavə ediləcək:

ABB

1. Bank TamKart sahiblərinə özəl Yeni il kampaniyasına start verib. 15 yanvar 2025 tarixinədək müştərilər yeni əldə etdikləri TamKart kredit kartı ilə 20 AZN və daha yuxarı məbləğdə nağdsız ödənişlərdə əlavə 10% keşbek qazanacaqlar.

Kampaniya şərtləri belədir:

Kampaniya yalnız yeni əldə edilmiş TamKart kredit kartlarına şamil edilir; Minimal əməliyyat məbləği 20 AZN-dir; Kampaniya çərçivəsində ləğv edilmiş əməliyyatlar nəzərə alınmır; Aktiv TamKart kredit kartını yenisi ilə əvəz edən müştərilər kampaniyada iştirak etmir.

​Ətraflı məlumat: https://tinyurl.com/yc3559w8

2. ABB müştərilərə milli valyutada sərfəli yığım imkanları təklif edən yeni kampaniya elan edib. Kampaniya müddətində ABB-də DigiDeposit və ya Klassik əmanət məhsulları üzrə vəsait yerləşdirən müştərilər 12%-ə qədər faiz qazancı əldə edəcəklər. Kampaniya şərtləri yalnız AZN-lə yerləşdirilən depozitlər üçün keçərlidir. Kampaniya 15 yanvar 2025-ci ilədək davam edəcək. 

Yüksək faizli kampaniyadan yararlanmaq üçün keçid edin: https://tinyurl.com/t63d9jzk

Bank of Baku

Hazırda bankda nağd kredit kampaniyası mövcuddur. Belə ki, kapmaniya şərtləri daxilində siz krediti illik 9,9% və komissiyasız əldə edə bilərsiniz.

Ətraflı: https://tinyurl.com/sez9mh78

Bank BTB

Bankda 2 kampaniya mövcuddur.

1. Bank BTB müştərilərə yüksək gəlirli “Əmanət kampaniyası”nı təqdim edir. Kampaniya 31 dekabr 2024-cü il tarixinədək davam edəcək.

Kampaniya faizləri: https://tinyurl.com/3cy3an48

2. Bank vətəndaşlara Yeni il bayramı ərəfəsində bütün xərcləri qarşılayan lombard krediti məhsulu üzrə “Sehrli qış” kampaniyasını elan edib. 

Belə ki, müştərilər öz qızıl zinət əşyalarını Banka gətirməklə 100 000 AZN-dək lombard kreditini cari illik faiz dərəcəsinə 2%-dək güzəşt alaraq rəsmiləşdirmə və nağdlaşdırma komissiyası 0% olmaqla əldə edə biləcəklər. Kreditin müddəti 48 ayadək təyin edilib.

Kampaniya 29 dekabr 2024-cü il tarixinədək qüvvədədir: https://tinyurl.com/dyaxv442

Bank Respublika

Bank Respublika qarşıdan gələn 2025-ci il ərəfəsində xüsusi güzəştlərə malik “2025-ci il üçün 25% endirim” kampaniyasına start verib.

Yeni kampaniya çərçivəsində Bank Respublika-da istənilən pərakəndə bank məhsulunu əldə edən fiziki şəxslər, ikinci məhsul və ya xidmət üzrə 25% endirim əldə edə biləcəklər.

Qeyd edək ki, kampaniya 10 yanvar 2025-ci il tarixinədək davam edəcək.

Ətraflı məlumat linkdə qeyd edilib: https://tinyurl.com/4v9dehbv

Rabitəbank

Bankda hazırda bir neçə aktiv kampaniya var.

1. Bank Universal əmanət məhsulu üzrə "Yeni il möcüzəsi" kampaniyasına start verib. Kampaniya 31.01.2025-cu il tarixinədək davam edəcək.

Kampaniya faizləri: https://tinyurl.com/2sy5cw49

Digər kampaniya isə nağd kreditlər üçündür:

İllik faiz dərəcəsi: 10.5%-dən Məbləğ: 30 000 AZN-dək Kreditin müddəti: 48 ayadək 0% komissiya

2. Rabitəbank-ın nağd pul krediti üzrə kampaniyasından yararlanmaq üçün keçid edin: https://tinyurl.com/yc4tj9e5

Bankın digər kampaniyaları ilə tanış olmaq üçün keçid edin: Fərdi kampaniyalar

Expressbank

Kampaniya çərçivəsində müştərilər nağd krediti illik 2%-dək endirimlə və ya 0% komissiya ilə əldə edə bilərlər. Faiz endirimi ilə kredit götürmək istəyənlər illik min. 9.9%-dən kredit əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin başqa bankda krediti olan müştərilər kredit borclarını bağlamaq üçün komissiyasız kredit əldə edə bilərlər.

Ətraflı: https://tinyurl.com/4s68j7a6

Accessbank

Bank Yeni il ərəfəsində övladınızı sevindirmək üçün əla fürsət yaradıb. Belə ki, AccessBank-ın uşaq və yeniyetmələrə özəl bank kartı – myCard Junior-u ilin sonuna kimi  50% endirimlə əldə edə bilərsiniz.

Onlayn sifariş üçün: https://bit.ly/4cMU4ml

Kapital Bank

Bank yüksək gəlirli depozit faizlərini indi daha da artırıb. Yeni kampaniya çərçivəsində bankda manat valyutasında depozit yerləşdirən hər kəs illik 11%-dək gəlir əldə edəcək.

Kampaniya 15 yanvar 2025-ci ilədək keçərlidir.

Faizlər: https://tinyurl.com/345296sv

PAŞA Bank

Bankda hazırda bir neçə kampaniya mövcuddur:

1. Kampaniya çərçivəsində PAŞA Bank-da heç bir ödəniş etmədən onlayn biznes hesabı açıb bol hədiyyələrdən faydalanmaq şansınız var:

“Tarifim” ilə 1 000 000 AZN-dək komissiyasız ölkədaxili köçürmələr; 300 000 AZN-dək komissiyasız əməkhaqqı köçürmələri; 200-dək pulsuz maaş kartı; 1 ədəd pulsuz biznes kartı.

Kampaniyadan 30.12.2024-cü ilədək faydalana bilərsiniz.

Ətraflı məlumat üçün keçid edin: https://pshb.az/3ZiOPpE

2. Növbəti kampaniya bank qarantiyalarına endirimdir. Belə ki, indi bank qarantiyalarını 80% endirimlə əldə edə bilərsiniz. 31 dekabr 2024-cü ilədək qarantiyaları minimal sənəd tələbi və endirimli qiymətlərlə sifariş edin:

Tender qarantiya (nağd vəsait ilə) 20 AZN; Ekspress-tender 30 AZN; Ekspress-icra və avans 40 AZN.

PAŞA Bank müştərisi olmaq və biznesinizə uyğun qarantiyanı əldə etmək üçün linkə keçid edin: https://pshb.az/3UYJgLX

3. Digər kampaniya biznes kreditləri üçün keçərlidir:

Onlayn biznes kreditində illik faiz dərəcəsinə 1%, komissiyaya 25% endirim; Ticarət kredit xəttində komissiyaya 50% endirim; Faktorinq kreditində 0% komissiya.

Təkliflər 30.12.2024-cü il tarixinədək keçərlidir.

Kampaniya haqqında ətraflı məlumat üçün keçid edin: https://pshb.az/3Vd4S7o

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:298
embedMənbə:https://banco.az
archiveBu xəbər 11 Dekabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri