Icma.az
close
up
RU
Bankların sildiyi 56 milyon kredit KİMİNDİR?

Bankların sildiyi 56 milyon kredit KİMİNDİR?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin I yarısında Azərbaycan bankları 56,6 milyon manat kredit borcunu silib. 

Bunlar qeyri-işlək kreditlərdir. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Silinmələrin 61,1%-i (34,6 milyon manatı) istehlak kreditləri üzrə, 38,9%-i (22 milyon manat) isə biznes kreditləri üzrə olub. Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunın qeyri-işlək kredit portfeli 787 milyon manat təşkil edib. Bu, yanvarın 1-nə nisbətən 20,1% və yaxud 132 milyon manat çoxdur. 

Yanvar-iyun aylarında qeyri-işlək kredit portfelindəki artımın 75 milyon manatı istehlak kreditlərinin, 56 milyon manatı biznes kreditərinin, 1 milyon manatı isə ipoteka kreditlərinin hesabına baş verib. Beləliklə, hazırda istehlak kreditlərinin 321 milyon manatı (30% çox), biznes kreditlərinin 431 milyon manatı (14,9% çox), ipoteka kreditlərinin isə 35 milyon manatı (3,5% çox) qeyri-işləkdir. 

Ümumilikdə qeyri-işlək kreditlər hansı kreditlərdir və bu proses bankların ziyanla qarşılaşmasına gətirib çıxarırmı? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, qeyri-işlək kreditlər rentabelsiz, ümidi itmiş kreditlər ola bilər: 

“Bu kreditlər illərlə sistemdə yüklü qalıb. Ancaq onun bünövrəsi var. Qarşı tərəf müflisləşmə elan edib və ödəmə qabiliyyəti yoxdur. Belə olduğu halda qeyri-işlək anlamına gəlir. Bu, ödəyicinin müflisləşmə elan etməsindən sonra baş verir. 

Həmin kreditlər yalnız biznes kreditləri olmaya da bilər. Ancaq əksər hallarda biznes kreditləridir. Çünki müflisləşmənin elan olunması üçün kifayət qədər prosedur keçmək lazımdır. Sonda məhkəmə qərarı əsasında şirkətin müflisləşdiyi elan olunur”. 

Ekspertin sözlərinə görə, ümumiyyətlə, biznesdə hər şey ola bilər: 

“Ona görə də kreditlərin verilməsi prosesində müəyyən çətinliklər, məsələlər var. 2015-ci ildə krediti qaytara bilməyən insanlar var idi. Devalvasiyalarla bağlı hökumət məsələyə müdaxilə elədi. Yəni belə hallar olur. Deməzdim ki, banklar buna hazır olur. Bu, fost-major halıdır. Ancaq banklar bunu qəbul etməlidirlər. 

Qarşı tərəfin ödəniş qabiliyyəti yoxdursa, artıq hüquqi müstəvidə atılacaq addım yoxdur. Məmurlara biznes kredit verilmir. Çünki məmur bizneslə məşğul ola bilməz. Ancaq dolayı yolla məmurların “qanadı” altında fəaliyyət göstərən şirkət ola bilər. Yəqin ki, ictimaiyyətə açıqlamada bəlli olacaq ki, bunlar hansı şirkətlərdir. Məsələn, elə şirkət var ki, hamı onun hansı məmura bağlı olduğunu bilir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Kredit Fuad İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri