Icma.az
close
up
RU
Bankların hesabdan sildiyi “dələduzluq sığortası”

Bankların hesabdan sildiyi “dələduzluq sığortası”

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə Kapital Bank müştərilərindən xəbərsiz şəkildə “dələduzluq sığortası” adı ilə vəsait tutulması barədə şikayətlər yayılıb. AzPost-un araşdırmasına görə, bəzi müştərilər aylıq kiçik məbləğlərin avtomatik silindiyini, lakin bununla bağlı nə rəsmi bildiriş, nə də müqavilədə açıq qeyd görmədiklərini bildirirlər.

Banklar isə bu ödənişin kart xidmətlərinə əlavə olunan sığorta paketi olduğunu əsas gətirirlər. Adətən, belə xidmətlər kartın buraxılışı zamanı müştəriyə təqdim olunan müqaviləyə daxil edilir. Amma vətəndaşların əksəriyyəti müqaviləni ətraflı oxumadığı üçün ödənişin hüquqi əsaslarını sonradan öyrənir.

Maliyyə üzrə ekspertlər hesab edir ki, əgər müştəri açıq şəkildə bu xidmətdən imtina etməyibsə, bank “susqun razılıq” prinsipinə əsaslanaraq xidməti aktivləşdirə bilər. Bununla belə, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanunu və Mərkəzi Bankın tələblərinə görə, müştərinin razılığı olmadan hesabdan vəsaitin silinməsi qanunsuz sayılır.

Hüquqşünasların fikrincə, bank yalnız müştərinin yazılı və ya elektron təsdiqi olduqda xidmət haqqı və ya sığorta pulu tuta bilər. Müştəriyə əvvəlcədən aydın və şəffaf şəkildə məlumat verilməyibsə, bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Bəzi ölkələrdə oxşar hallara görə banklar cərimələnir və müştərilərə ödənilən vəsaitlər geri qaytarılır. Azərbaycanda isə bu istiqamətdə mübahisəli məsələlər əsasən məhkəmə qaydasında həll olunur.

Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, kart müqavilələrini diqqətlə oxusun, anlaşılmaz şərtlərlə rastlaşdıqda isə yazılı imtina etsinlər. Əgər hesabdan xəbərsiz ödəniş tutulubsa, ilk addım bankın müştəri xidmətinə müraciət etmək, nəticə alınmazsa Maliyyə Bazarlarına Nəzarət Palatasına və daha sonra məhkəməyə şikayət etməkdir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:409
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri