Icma.az
close
up
RU
Bankomat istifadəçilərinə vacib XƏBƏRDARLIQ

Bankomat istifadəçilərinə vacib XƏBƏRDARLIQ

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bankomat istifadəçilərinə vacib xəbərdarlıq: Bu düyməyə basmadan əməliyyata başlamayınBankomat dələduzluğu getdikcə daha təkmil və gizli üsullarla istifadəçiləri tələyə salmağa davam edir. Ən geniş yayılmış üsullardan biri kart daxil edilən hissəyə yerləşdirilən saxta kart oxuyuculardır.

News24.az xəbər verir ki, bu qurğular bankomatın orijinal oxuma mexanizminə bənzər şəkildə işləyir və kartın maqnit lentindən və ya çipindən məlumatları kopyalayaraq dələduzların əlinə keçməsinə şərait yaradır.

Bankomat xaricdən baxıldıqda adi görünə bilər, lakin bu cür saxta qurğular çox zaman istifadəçilər tərəfindən seçilmir. Bu isə dələduzluq riskini daha da artırır. Mütəxəssislər bildirirlər ki, bankomatlardan istifadə zamanı bəzi sadə, lakin təsirli addımlar vasitəsilə bu risklərdən qorunmaq mümkündür.

Mütəxəssislərin diqqət çəkdiyi əsas təhlükəsizlik tədbirlərindən biri kartı daxil etməzdən əvvəl bankomatın "LƏĞV ET" (və ya "İPTAL") düyməsinə basmaqdır. Bu addım bankomatın saxta bir qurğuya bağlı olub-olmadığını müəyyən etməyə kömək edə bilər. Əgər aparat üzərində qanunsuz bir mexanizm varsa, bu sadə əməliyyat sistemin işini poza və ya onu deaktiv edə bilər. Mütəxəssislər bildirirlər: "LƏĞV ET düyməsinə basmaq dələduzların qurduğu sistemi sıradan çıxara bilər. Hər istifadədən əvvəl bu addımı atmaq istifadəçi təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır."

Təhlükəsizliyi artırmaq üçün tövsiyə edilən digər bir üsul isə QR kod vasitəsilə əməliyyat aparmaqdır. Bu sistem sayəsində istifadəçilər bankomata kart daxil etmədən, yalnız mobil tətbiq üzərindən əməliyyatlarını həyata keçirə bilirlər. Fiziki kart istifadə olunmadığı üçün dələduzların kart məlumatlarını ələ keçirmə ehtimalı aradan qalxır. Mütəxəssislər bildirirlər ki, "QR kod vasitəsilə əməliyyat kartın kopyalanması riskini minimuma endirir və mobil tətbiqlərlə aparılan əməliyyatlar daha təhlükəsiz hesab olunur."

Bankomatlardan istifadə zamanı ehtiyatlı olmaq dələduzluqdan qorunmağın ən effektiv yollarından biridir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, kart girişində qeyri-adi çıxıntı, boşluq və ya qəribə səs hiss edilərsə, əməliyyata başlamadan bankomatdan uzaqlaşmaq lazımdır./Sonxeber.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyun 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri