Icma.az
close
up
RU
“Zimbra” istifadəçilərinə XƏBƏRDARLIQ

“Zimbra” istifadəçilərinə XƏBƏRDARLIQ

Icma.az bildirir, Lent az portalına istinadən.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Zimbra Collaboration Suite” (ZCS) istifadə edən təşkilatların elektron poçt sistemlərinə qarşı müşahidə olunan hədəfli kibertəhdidlərlə bağlı xəbərdarlıq edir.

Lent.az-a daxil olan xəbərdarlıqda bildirilir ki, beynəlxalq kibertəhlükəsizlik qurumlarının məlumatlarına əsasən, 2025-ci ilin iyul ayından “Zimbra” istifadə edən bir sıra təşkilatlara qarşı fişinq kampaniyaları həyata keçirilib.

Hücumlarda “Zimbra Collaboration Suite”in müəyyən versiyalarında mövcud olmuş “CVE-2025-66376” zəifliyindən istifadə edildiyi bildirilir.

Zəiflikdən istifadə zamanı istifadəçiyə legitim elektron məktub təsiri bağışlayan zərərli mesaj göndərilir. Zəifliyə məruz qalan “Zimbra” sistemlərində belə məktubun istifadəçi tərəfindən görüntülənməsi zərərli kodun icrasına imkan verə bilər. Nəticədə elektron poçt yazışmalarının və digər həssas məlumatların ələ keçirilməsi, istifadəçi hesablarına icazəsiz giriş əldə edilməsi və həmin hesabların sonrakı hücumlarda istifadəsi riski yaranır.

Bununla əlaqədar, MKA “Zimbra Collaboration Suite” istifadə edən təşkilatları öz informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini nəzərdən keçirməyə və aşağıdakı zəruri tədbirləri vaxtında həyata keçirməyə çağırır:

istifadə etdikləri “Zimbra” versiyasını müəyyənləşdirmək və son təhlükəsizlik yeniləmələrinin tətbiq edildiyini yoxlamaq;
“CVE-2025-66376” zəifliyinin aradan qaldırıldığı təhlükəsizlik yeniləmələrinin tətbiqini təmin etmək;
elektron poçt serverlərində şübhəli girişləri və qeyri-adi istifadəçi fəaliyyətini mütəmadi izləmək;
istifadəçi hesablarında gözlənilməyən parol, sessiya və poçt qutusu konfiqurasiya dəyişikliklərini yoxlamaq;
şübhəli fəaliyyət aşkar edildikdə müvafiq hesabların giriş imkanlarını məhdudlaşdırmaq, aktiv sessiyaları ləğv etmək və insidenti araşdırmaq;
elektron poçt sistemlərinin ehtiyat nüsxələnməsini və insident zamanı bərpa imkanlarını təmin etmək;
əməkdaşların fişinq və sosial mühəndislik üsulları ilə bağlı məlumatlılığını artırmaq.

Bütün bunlarla yanaşı, Milli Kibertəhlükəsizlik Agentliyi təşkilatları elektron poçt sistemlərinin təhlükəsizlik yeniləmələrini vaxtında tətbiq etməyə, sistemlərin təhlükəsizlik vəziyyətini mütəmadi yoxlamağa və şübhəli fəaliyyətləri erkən aşkarlamaq üçün monitorinqi gücləndirməyə çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see310

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see281

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see265

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see264

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see257

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see256

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see238

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see223

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see220

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see199

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see184

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri