BANM 36 layihə ilə Türkiyədə “Teknofest 2026”da iştirak edir
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Ali Neft Məktəbinin (BANM) 35 komandası Türkiyədə “Teknofest 2026”nın final mərhələsində iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, BANM finalda Azərbaycan üzrə ən çox komanda ilə təmsil olunan ali təhsil müəssisəsidir.
Bakı Ali Neft Məktəbinin komandaları yarışa ümumilikdə 36 layihə ilə qatılıb. Artıq festival çərçivəsində layihələrdən 3-ü Ankarada, 1-i isə Diyarbəkirdə təqdim edilib. 32-si isə 30 sentyabr – 4 oktyabr tarixlərində Şanlıurfada keçiriləcək final mərhələsində mübarizə aparacaq.
Layihələr süni intellekt, rəqəmsallaşma, dayanıqlı inkişaf, ekoloji problemlərin həlli, istehsal proseslərinin optimallaşdırılması və müasir təhlükəsizlik texnologiyaları kimi aktual istiqamətləri əhatə edir.
“Teknofest 2026” festivalı çərçivəsində ümumilikdə 52 yarış və 127 alt-kateqoriya üzrə müsabiqələr təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Sentyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















