BANM də MBA proqramı üzrə “Açıq qapı” günü keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 may, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) MBA proqramı üzrə “Açıq qapı” günü keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, MBA Mərkəzinin müdiri Cahan İsmayılova tədbir iştirakçılarına proqram çərçivəsində təklif olunan ixtisaslar, keçid balları, təhsil haqqı, sənəd qəbulu prosesi və dərslərin təşkil olunma vaxtı barədə geniş təqdimat edib.
Tədbirdə MBA proqramının məzunları – Fərəc Qasımov və Orxan Məmmədli də çıxış edərək, təhsil müddətində qazandıqları bilik və bacarıqlardan, eləcə də karyera inkişaflarında proqramın oynadığı roldan danışıblar. Onlar gələcəyin tələbələrinə öz tövsiyələrini verərək proqramdan maksimum yararlanmağın yollarını bölüşüblər.
Sonda iştirakçıların sualları cavablandırılıb və onlar BANM-in Ağ şəhərdə yerləşən müasir kampusu ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 May 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















