BANM ilə Atırau Neft və Qaz Universiteti arasında əlavə protokol imzalanıb AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 25 dekabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti QSC arasında olan əməkdaşlıq haqqında memoranduma əlavə protokol imzalanıb.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.
Əlavə Protokol çərçivəsində BANM-in kampusunda Azərbaycan-Qazaxıstan Elm və Təhsil Mərkəzi yaradılıb.
Bu Mərkəz neft-qaz sənayesi, energetika və ekologiya sahələrində elmi-tədqiqat fəaliyyəti həyata keçirəcək, bu fəaliyyətlər karbon emissiyalarının azaldılması, rəqəmsallaşma və davamlı inkişaf təşəbbüslərinin dəstəklənməsinə yönəldiləcək.
Bu təşəbbüslər sahə üzrə mütəxəssislərin inkişafını dəstəkləməklə yanaşı, iki qardaş ölkə arasına təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın daha da genişləməsinə xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 25 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















